Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
72358
az

Milyarderlər ölkəsində uşaqlar necə yaşayır? - ARAŞDIRMA

21:4325 İyul, 2022
210
CƏMİYYƏT
  • A

BƏƏ çox vaxt dəbdəbəli həyatın sinonimi hesab olunur: bahalı avtomobillər, yüksək maaşlar, yeni doğulanlara inanılmaz ödənişlər... Bəs uşaqların tərbiyə üsulları haqqında nə demək olar? Zəngin həyat körpələri beşikdən korlayır, yoxsa..?

OXU24.COM xarici mətbuata istinadən oxucuları Birləşmiş Ərəb Əmirliklərində uşaqların təhsil sistemi və təlim-tərbiyəsi barədə maraqlı faktlarla tanış edir.

Valideynlərə hörmət etmək öyrədilir

BƏƏ-də uşaqlar aydın şəkildə başa düşməlidirlər ki, ailə müqəddəsdir, valideynlərə hörmət göstərməli və onlarla heç vaxt mübahisə etməməlidirlər. Ölkədə əksər ailələrdə çoxuşaqlı olur və uşaqlıqdan həssas olmağı öyrənirlər, əvvəlcə qardaşlarına, sonra isə hamıya qarşı. Ərəblər üçün ana və ata yetkinlik dövründə belə avtoritet olaraq qalırlar, ananın telefon zəngini qaçırmaq və ya atanın məsləhətini qulaqardına vurmaq böyük tərbiyəsizlikdir.

Ərköyünlük

Ərəb ölkələrində uşağı əzizləmək normadır. BƏƏ-də uşaqlara oyuncaq verməyi sevirlər, qızları çoxlu gözəl paltarlar, kosmetika və ətir kimi hədiyyə yağışına tuturlar. Yoldan keçənlər də balacalara laqeyd qalmır, odur ki, Dubayda yad adamlar uşağınıza şirniyyat uzatsa, təəccüblənməyin.

Məktəbdə əla qiymətlər və ya yarışlarda əldə olunan nailiyyətlər evdə təmtəraqla qeyd olunur, bəzən uşaqları daha da irəli getməyə həvəsləndirmək üçün bayramlar təşkil edirlər. Yaxşı təhsil gələcəkdə yaxşı maaşlı işin təminatıdır.

Uşağın tərbiyəsi ilə ana məşğul olur

Dubayda uşaq böyütmək ananın işidir. Ailədə ata ancaq həyat yoldaşına nəsihət, uşaqlara isə göstəriş verir. Ata yalnız oğlunun 7 yaşı olandan sonra onunla daha yaxından maraqlanmağa başlayır, idmana aparır, həyat fəlsəfəsini izah edir, Quran oxuyur və s. Qız anasının himayəsində qalır.

Məktəbə çox erkən yaşda gedirlər

Ərəb körpələri 3-4 yaşında məktəbə gedirlər! 5-6 yaşında, demək olar ki, hər kəs oxumağı bilir. Tədris planına ərəb dili və seçdiyiniz xarici dil daxildir.

İxtiraçılar yetişdirmək

Dubayda uşaqların tərbiyəsi ilə həm ailə, həm də dövlət məşğul olur. Son zamanlar onlar ixtiraçıların və texniki mütəxəssislərin yeni nəslinin yetişdirilməsi üçün fəal şəkildə şərait yaradırlar - onlara böyük sərmayə qoyurlar. Müxtəlif yaşlarda olan məktəblilər "gənc texniklər" dərnəklərinə gedirlər. Orada robotlar dizayn edir, dizaynı öyrənir, LEGO hissələri, təkərlər və müxtəlif mini avtomobillər yaradırlar.

Burada müəllimlər uşağın güclü tərəflərinə, potensialına baxırlar. Bir sözlə, təhsil sistemi uşağın qabiliyyətlərini inkişaf etdirmək və seçim imkanına malik olması üçün hərtərəfli təşkil olunub. Məktəbdə işə başlamazdan əvvəl bütün müəllimlər şagirdlərlə daha yaxşı ünsiyyət qurmağa və təlim prosesinə effektiv təsir etməyə kömək edən xüsusi təlimlərdən keçirlər. Məktəblərdə nizam-intizam kifayət qədər sərtdir, eyni zamanda, xeyirxah ab-hava hökm sürür. Müəllimlə yanaşı müəllim köməkçisi də var.

Məktəblər fərqli və ödənişlidir

Dünyanın demək olar ki, bütün məlum təhsil proqramları: İngilis, Amerika, İsveçrə məktəbi, Livan, Hind, Ərəb və təbii ki, Rus məktəbi var. Yalnız yerli tələbələri qəbul edən yerli ərəb məktəbləri istisna olmaqla, qalan bütün məktəblər pulludur. Lakin ərəblər uşaqlara ən yaxşı təhsil verməyə çalışırlar və onların uşaqları Dubaydakı ən prestijli (ödənişli) məktəblərdə oxuyurlar.

Məktəbin qiyməti bir sıra amillərdən ibarətdir:

Məktəb reytinqi hər il rəsmi KHDA təşkilatı tərəfindən qiymətləndirilir;


Müəllimlərin əksəriyyəti ingilis və ya hindistanlıdır;

Məktəblərdə hovuzlar, idman meydançaları və laboratoriyaların olması;

Təhsil qiymətinə məktəbli formasının, dərsliklərin, məktəb avtobusunun (valideynlər maşın sürmədiyi təqdirdə) xərclərini də əlavə etmək lazımdır. Məktəblər bahadır. Dubayda seçim etmək çətindir: hər məktəb özünü reklam edir - belə bir maarifləndirici şou!

Dubayda yaşayan xarici vətəndaşlar övladlarını çox vaxt çoxmillətli bir mühitdə, müxtəlif insanlarla ünsiyyətə və gələcək işə hazır şəkildə böyütmək istəyirlər. Odur ki, yüksək reytinqli məktəblər klassik ingilis dili sistemini və müsbət psixologiya çərçivəsində tədrisi özündə birləşdirir.

Məktəbə qəbul necə təşkil olunur?

İmkanlı olmağınız o demək deyil ki, bütün qapılar üzünüzə açıq olacaq. Yaxşı məktəblərin qəbuluna düşmək üçün gözləməli olacaqsınız. Bəzən - bir neçə ilə qədər. Məktəbə daxil olmaq üçün uşaq imtahandan keçməlidir. Hətta bu prosedur da pulludur. İmtahan suallarına gəlincə, buraya məntiq tapşırıqları, esse və s. daxildir. Hamısı, əlbəttə ki, ingilis dilində.

Dubay məktəblərində təhsil prosesi necədir?

Dubayda tədris ili avqustun 29-da başlayıb və iyulun 7-də başa çatır. Yay tətili adət etdiyimiz kimi üç ay deyil, payız, yaz və qış aylarına düşür. Özəl məktəblərdə uşaqlar saat 7:30-da məktəbdə olmalıdırlar. Dərslər 8:00-da başlayır və 15:00-a qədər davam edir. Hər gün 6 dərs, hər biri 55 dəqiqə. Dərslər arasında fasilələr olur. İlk fasilə qısadır, 20 dəqiqə çəkir. Nahar üçün ikinci fasilə 55 dəqiqədir. Bu fasilələr zamanı şagirdlərə meydançada qaçmağa və açıq havada oyunlar oynamağa icazə verilir.

Dərsin tapşırıqları fərqləndirilir. Məsələn, riyaziyyatda uşaqlara mövzu izah edilir, sonra onlara tapşırıqları yerinə yetirmək təklif olunur. Tapşırıqlar çətinliyinə görə bir neçə yerə bölünür. Uşaqlar öhdəsindən gələ biləcəkləri mürəkkəbliyi özləri seçirlər. Başa düşməyənlər müəllimin qarşısında oturur və o, başqa misallarla mövzunu yenidən izah edir. Ümumiyyətlə, məktəbdə komanda işinə böyük yer verilir. Çox vaxt tapşırıqlar tək-tək deyil, bir qrup uşağa verilir ki, komanda halında işləməyi öyrənsinlər.

Uşaqlar riyaziyyat, ingilis dili, kompüter (proqramlaşdırma), STIM (dəqiq elmlər, eksperimentlər, təcrübə, ətraf aləm), ərəb, fransız, incəsənət, musiqi, bədən tərbiyəsi və üzgüçülük üzrə təhsil alırlar. Flora və faunanı öyrənmək üçün xüsusi gəzintilər təşkil olunur.

Bilməmək ayıb sayılmır!

Müəllim səhv cavaba görə uşaqları heç vaxt danlamır. Üstəlik, uşağı düzgün qərara, düzgün cavab axtarışlarına yönəldir. Müəllimlər həmişə uşaqları həvəsləndirirlər, uşaqlar hər hansı sahədə bacarıqsız olsalar belə, utanıb çəkinmədən istənilən fəaliyyətlə məşğul olurlar.

Dubay məktəbləri psixoloq gözü ilə

Hər il məktəbdə Psixi Sağlamlıq Günü qeyd olunur, bu zaman şagirdlər və müəllimlər yaşıl paltar geyinirlər (bu günün simvolu kimi). Autizm günü Daun Sindromlu İnsanlar Günü kimi qeyd olunur.

Burada zorakılıqla mübarizəyə yönəlmiş bir həftə var. Bazar ertəsi isə müxtəlif rəngli corablar geyinərək hər bir uşaq özünün individuallığını göstərməyə çalışır. Şübhə yoxdur ki, belə bir atmosferdə böyüyən uşaq gələcəkdə yalnız uğurlu məzun deyil, həm də dövlətinə və millətinə layiq bir şəxsiyyət kimi yetişəcək! 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu