İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
351
25.07.2022, 20:39
Azərbaycan istifadəçilərini gizli şəkildə pullu xidmətlərə abunə edən və şəxsi məlumatları ələ keçirən yeni zərərli proqramla bağlı xəbərdarlıq edilib.
OXU24.COM APA-ya istinadən bildirir ki, belə troyanları Android platformalı cihaz istifadəçilərindən pul mənimsəməyin klassik üsullarından biri hesab olunur. Artıq bir neçə ildir ki, onlar adi istifadəçilərin telefonuna sızaraq faydalı proqramları imitasiya edir və gizli şəkildə pullu xidmətlərə abunə edirlər.
Çox vaxt bu tip troyanlar istifadəçilərdən müxtəlif qanuni xidmətlər üçün gizli şəkildə ödənişlər aparırlar, bunun üçün isə kiberdələduzlar faiz əldə edirlər. Lakin bəzən bu zərərli proqramlar istifadəçiləri dələduzların öz "xidmətlərinə" qoşurlar. Zərərli proqram SMS və ya "push" bildirişlərinə giriş tələb edə bilər ki, bunun sayəsində abunəlik üçün təsdiq kodları ələ keçirilə bilər.
Daha sonra isə təsdiq kodu görünməz bir pəncərədə açılan abunə səhifəsinə yönləndirilir. Zərərli proqramlar "Google Play" vasitəsilə ucuz və "faydalı" proqramlar adı altında yayıla bilər, məsələn, video və ya foto redaktorlar, əlavə emojilərin quraşdırılması, şəxsi interfeys dizaynının yaradılması, sağlamlığa nəzarət üçün proqramlar, menyuların yaradılması, kalori miqdarının hesablanması və s. Bununla belə, ödəniş səhifəsini vərəqləyərək görmək olar ki, "xidmətə" giriş birdəfəlik ödənişlə deyil, avtomatik ödəniş qaydası ilə abunəliklə təmin edilir.
"Hətta faydalı proqram belə təhlükə yarada bilər. Bu tələyə düşməmək üçün hər hansı xidmət haqqını ödəməzdən əvvəl, nə qədər uzun olsa da, həmişə istifadəçi müqaviləsini oxumaq tövsiyə olunur.
23:16 / 24 Oktyabr 2026
118
22:52 / 24 Oktyabr 2026
90
22:34 / 24 Oktyabr 2026
87
22:14 / 24 Oktyabr 2026
79
22:05 / 24 Oktyabr 2026
255
21:42 / 24 Oktyabr 2026
1389
21:28 / 24 Oktyabr 2026
84
21:12 / 24 Oktyabr 2026
89
21:07 / 24 Oktyabr 2026
85
20:52 / 24 Oktyabr 2026
85
20:34 / 24 Oktyabr 2026
90
20:31 / 24 Oktyabr 2026
836
20:12 / 24 Oktyabr 2026
97
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
93
19:09 / 24 Oktyabr 2026
124
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
99
18:20 / 24 Oktyabr 2026
373
18:13 / 24 Oktyabr 2026
538
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.