Qaynar xətt:

(+99450) 247 90 86

Ukrayna DİN: “Belarus hərbi təcavüzə çoxdan qoşulub”

Ukrayna DİN: “Belarus hərbi təcavüzə çoxdan qoşulub”

CƏMİYYƏT

259

25.07.2022, 14:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol



“Kiyev Belarusun Ukraynaya qarşı müharibədə iştirakının ən pis ssenarilərinə hazırlaşır”.

Bunu Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin deyib.

Onun sözlərinə görə, Lukaşenko indiyədək Ukraynaya qarşı hərbi əməliyyatlarda böyük iştirakdan yayınmasına baxmayaraq, Belarusun rolu daha da aktivləşə bilər.

“Belarus hakimiyyəti artıq öz ərazilərini qoşunların tranziti, raket və artilleriya atəşi, yaralıların müalicəsi və hətta Rusiya tərəfindən qənimətlərin götürülməsi üçün təmin edib. Bütün müharibə qanunlarına görə, Belarus hərbi təcavüzə çoxdan qoşulub”.