İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
349
24.07.2022, 22:01
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Britaniya kəşfiyyatının rəhbəri Riçard Murun bəyanatları nədən qaynaqlanır?
Ukraynanın Teleqram kanalları prezident Vlodimir Zelenskinin fiziki məhv edilməsi riski ilə bağlı xəbərlər yaymağa başlayıblar. Ölkə.Az musavat-a istinadən məlumat verir ki, bu barədə xəbər verən pravda.ru saytı məsələn, “Legitim” teleqram kanalına istinadən yazır ki, ““serial qəhrəmanı Zelenski” tezliklə bir çox Hollivud ssenarilərinə uyğun olaraq anti-qəhrəmana çevriləcək və oyundan ayrıldıqdan sonra öləcək”.
Ətraflı
Ad - 00:11
323331
Teleqaram kanal Zelenskinin şəxsi təhlükəsizliyi ilə bağlı narahatlığını bildirən ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın açıqlamalarına diqqət yetirirlər. Kolorado ştatının Aspen şəhərində keçirilən Təhlükəsizlik Forumunda çıxışı zamanı Sallivan bunları deyib: "Biz Zelenskinin şəxsi təhlükəsizliyindən narahatıq. O, Rusiya kimi düşmənlə mübarizə aparan müharibə lideridir. Rusiya isə amansız, qəddar və demək olar ki, hər şeyə qadirdir. Prezident Zelenski özünü qorumaq, Ukraynada hökumətin davamlılığı üçün ehtiyat tədbirləri görür və biz buna hər cür kömək etməyə çalışırıq”. Sallivanın bu çıxışını “Fox-Nyus”yayıb.
"Legitim" teleqram kanalı iddia edir ki, Qərb Zelenskinin fiziki cəhətdən aradan götürülməsi planı "pərdə arxasında bütün oyunçuların Ukrayna ilə bağlı Yuqoslaviya ssenarisi(ölkənin parçalanması nəzərdə tutulur-O.Ə) ilə razılaşdığı" anda həyata keçiriləcək.
323330“ZeRada” teleqram kanalı isə yazır ki, Ukrayna Silahlı Qüvvələrinin hazırkı komandanı Valeri Zalujnı Vaşinqton və Londonun yeni seçimidir və Zelenskinin yerinə tutaraq “Ukraynanın yeni qəhrəmanı olacaq”.
Hər iki Ukrayna kanalı hesab edir ki, Qərb hazırkı prezidentin aradan götürülməsini ruslar tərəfindən icra edildiyini iddia edə bilər: “Prezidenti zəhərləyib, bunu rusların etdiyini deyəcəklər”.
Rusiya nəşri iddia edir ki, belə bir ssenarinin üzərində işləndiyini Britaniya kəşfiyyatının rəhbəri Riçard Murun Aspendə keçirilən Təhlükəsizlik Forumunda verdiyi bəyanatlar da sübut edir. Belə ki, cıxışında o, Moskvanın əsas niyyətlərindən birinin “Zelenskini aradan götürmək olduğunu” deyib.
323329Bununla belə, hesab olunur ki, Zelenskinin aradan götürülməsi daha çox Yuqoslaviya ssenarisi ehtimalı ilə bağlıdır. Bu ssenariyə görə, keçmiş Ukraynanın regionlarının bir hissəsi dərhal Rusiyanın yurisdiksiyasına keçəcək, bəzi ərazilər isə əhali öz gələcəkləri ilə bağlı qərar verənə qədər uzunmüddətli hərbi idarəetməyə veriləcək. “Bu zaman Zelenski (və ya onun parlaq obrazı) artıq əhəmiyyət kəsb etməyəcək”.
Yada salaq ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, müharibə başlayandan Zelenskiyə 10 dəfədən çox sui-qəsd cəhdi edilib”. O, həmçinin, əlavə edib ki, xarici tərəfdaşlar prezidentə iki-üç cəhddən danışsalar da bu hal daha çox təkrarlanıb: “Ondan artıq belə cəhdlər olub. Çünki bizdə daim operativ məlumat var. Ukraynada bu cür cəhdləri izləyən güclü kəşfiyyat və əks-kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir. Bu kimi halların çoxunun anındaca qarşısı alınır”.
Müşavir sözügedən məsələ ilə bağlı Putinin də adını hallandırıb: “Təhlükəsizlik nöqteyi-nəzərindən bəzi şeylər haqqında danışa bilmərəm. Bu risklər hələ də var. Qərb kəşfiyyatı düzgün qeyd edir ki, Putin üçün əsas hədəf - hökumət binasının ərazisinə hücum və bir nəfəri öldürməyə cəhd - cənab Zelenski olub”.
“The Times” qəzeti isə müharibə ərzində Zelenskiyə qarşı üç dəfə sui-qəsd edildiyini yazmışdı.
23:16 / 24 Oktyabr 2026
141
22:52 / 24 Oktyabr 2026
110
22:34 / 24 Oktyabr 2026
106
22:14 / 24 Oktyabr 2026
84
22:05 / 24 Oktyabr 2026
278
21:42 / 24 Oktyabr 2026
1715
21:28 / 24 Oktyabr 2026
90
21:12 / 24 Oktyabr 2026
93
21:07 / 24 Oktyabr 2026
91
20:52 / 24 Oktyabr 2026
89
20:34 / 24 Oktyabr 2026
95
20:31 / 24 Oktyabr 2026
917
20:12 / 24 Oktyabr 2026
102
20:05 / 24 Oktyabr 2026
101
19:55 / 24 Oktyabr 2026
95
19:40 / 24 Oktyabr 2026
96
19:09 / 24 Oktyabr 2026
134
18:55 / 24 Oktyabr 2026
92
18:40 / 24 Oktyabr 2026
108
18:27 / 24 Oktyabr 2026
102
18:20 / 24 Oktyabr 2026
423
18:13 / 24 Oktyabr 2026
641
18:07 / 24 Oktyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.