Soçi şəhərinin rəhbərliyi bazar gününə keçə gecə şəhərdə baş verən güclü leysan yağışlarından sonra fövqəladə vəziyyət elan etmək qərarına gəlib.
Bu barədə Soçinin rəhbəri Aleksey Kopayqorodski öz “Telegram” kanalında məlumat verib.
O bildirib ki, son üç gündə baş verən təbii fəlakətlər şəhərin bütün ərazilərində dağıntılara səbəb olub.
Vəziyyətin çox ciddi olduğunu deyən şəhər başçısı Soçinin müasir tarixində belə miqyasda insident baş vermədiyini qeyd edib.
ŞƏRHLƏR