Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Prezidenti Qaraqalpaqstandakı hadisələrlə bağlı Şavkat Mirziyoyevə öz dəstəyini ifadə edib

Azərbaycan Prezidenti Qaraqalpaqstandakı hadisələrlə bağlı Şavkat Mirziyoyevə öz dəstəyini ifadə edib

CƏMİYYƏT

238

24.07.2022, 15:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

"OXU24.COM" xəbər verir ki, Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, söhbət zamanı Prezident İlham Əliyev bu yaxınlarda Qaraqalpaqstanda baş vermiş hadisələrlə bağlı Özbəkistan Prezidentinə bir daha öz dəstəyini ifadə edib və Azərbaycanın həmişə olduğu kimi, Özbəkistanın yanında olduğunu bildirib. Şavkat Mirziyoyev bu dəstəyə görə təşəkkürünü ifadə edib.