Qaynar xətt:

(+99450) 247 90 86

Gümüş medal qazanan cüdoçumuz məşhur cütlüyün oğlu imiş - FOTO

Gümüş medal qazanan cüdoçumuz məşhur cütlüyün oğlu imiş - FOTO

CƏMİYYƏT

370

24.07.2022, 11:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məşhur aparıcı və bloqerlər Tural Yusifov və Səma Abiyevanın oğlu Almaniyada keçirilən beynəlxalq olimpiadada gümüş medal qazanıb.

OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, tanınmış cütlük bu sevincli xəbəri feysbuk səhifələrində paylaşıblar:

"An etibarıyla bu cavan oğlan Frankfurtda keçirilən STEM Grand Finalda kodlama kateqoriyasında gümüş medal qazandı. Onunla birgə gedən digər komanda yoldaşları da riyaziyyat, təbiət elmləri kateqoriyasından gümüş və burünc medal qazanıblar", - deyə Tural Yusifov yazıb.  

Həmçinin Səma Abiyeva da bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Gəlir! Dünya üzrə STEM Grand Finalda 10-11-12-ci (Almaniya) siniflər üzrə kodlaşma yarışında gümüş medal qazanıb gəlir! Öz yaşıdları arasında ikinci oldu".