İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
289
20.07.2022, 17:19
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti xüsusi əməliyyat zamanı ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsini və paylanılmasını həyata keçirən daha bir nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nəticədə qanunsuz dövriyyədən 78 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Belə ki, Baş İdarəyə Yevlax rayon sakini Seymur Hüseynovun ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən əsas fiqurlardan biri olması barədə əməliyyat məlumatı daxil olub. Dərhal həmin şəxs əməliyyat nəzarətinə götürülüb. Onun qanunsuz əməlləri və xarici ölkələrdə yaşayan narkotacirlərlə əlaqələri əməliyyat-texniki tədbirlərlə tam sübuta yetirilib. Həmin şəxs qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə göndərilən külli miqdarda narkotik vasitəni həmin narkotacirin göstərişi ilə Füzuli rayonunun, Araz Dilağarda kəndi ərazisində qəbul edib Yevlaxa gətirən zaman Baş İdarə əməkdaşları tərəfindən saxlanılıb.
Seymur Hüseynovun üzərinə, həmçinin idarə etdiyi “Lifan” markalı avtomobilə baxış zamanı ümumilikdə 78 kiloqram, o cümlədən 47 kiloqram heroin, 26 kiloqram marixuana, 4 kiloqram metamfetamin, 1 kiloqram tiryək və 500 ədəd psixotrop tərkibli satışı qardağan edilən metadon həbi aşkar edilib.
Qeyd edək ki, həmin şəxs saxlanılan zaman polis əməkdaşlarından yayınmağa çalışıb və ehtiyatsızlıqdan idarəetməni itirərək qəza törədib.
Qəza zamanı sürücü hər hansı bir xəsarət almayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindiyi üçün saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Seymur Hüseynovun xaric və ölkə daxilindəki cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.