İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
378
20.07.2022, 00:02
Bakıda 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Aqil Babayev həbs olunana kimi fərdi əməklə məşğul olub. O qeyd edib ki, tikinti sahəsində çalışıb.
Əvvəllər avtoqəza törətdiyi üçün məhkum olunub və hazırda həmin məhkumluğu ödənilməyib.
Bildirilib ki, səhhəti ilə bağlı hazırda müalicə müəssisəsində müalicə alır.
Zərərçəkmişlər prosesin qapalı keçirilməsini istəyib. Bildirilib ki, onların barələrində sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayılır.
Təqsirləndirilən şəxsin vəkilləri də eyni vəsatətlə çıxış ediblər. Onlar bildiriblər ki, işdə ailə sirri ilə bağlı məlumatlar var, həmin məlumatların yayılması yolverilməzdir.
Vəkil Elnur Quliyev Aqil Babayevin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
Aqil Babayevin digər vəkili Əli Hüseynov qeyd edib ki, müvəkkili həbs olunan zaman evindən xeyli miqdarda qızıl, 9 milyon manat pul götürülüb. Bununla bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə də məlumat verilib.
Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirəyə yollanıblar. Bu zaman məhkəmədə gərginlik yaşanıb. Zərərçəkmişlər təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlədiblər. Zərərçəkmişlərdən biri deyib ki, 16 yaşından Aqil Babayevə "imam" kimi itaət edib, onun "qul"u olub. Hətta zərərçəkmişlərdən daha bir neçəsi evini sataraq ona verdiyini deyib.
Bir qədər sonra zala gələn hakimlər hazırlıq iclasının qərarını açıqlayıblar.
Qərara əsasən, vəsatətlər təmin edilməyib və məhkəmə baxışı avqustun 2-nə təyin edilib.
Qeyd edək ki, Aqil Babayev 2 milyon 500 min manat miqdarında zərərçəkmişlərə ümumilikdə ziyan vurub.
İttihama görə, Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
Müəyyən edilib ki, Aqil Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib.
Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib.
Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.
Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən Müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb.
Topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb.
Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Aqil Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Aqil Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.
Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.