Qaynar xətt:

(+99450) 247 90 86

Ərdoğan Zəngilan Hava Limanının açılışında iştirak edəcək

Ərdoğan Zəngilan Hava Limanının açılışında iştirak edəcək

CƏMİYYƏT

253

19.07.2022, 20:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.
 
OXU24.COM  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Derya Yanıkı qəbul edərkən deyib.
 
Dövlət başçısı Türkiyə Prezidenti ilə Zəngilan hava limanının açılışında iştirak edəcəklərini məmnunluqla qeyd edib.
 
Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi bu ilin sentyabr ayında başa çatacaq.