Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda məmurun oğlunun toyunda yığılan pullar oğurlandı - FOTO

Azərbaycanda məmurun oğlunun toyunda yığılan pullar oğurlandı - FOTO

CƏMİYYƏT

384

18.07.2022, 17:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda keçirilən toyda inanılmaz oğurluq hadisəsi baş verib.

OXU24.COM xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, hadisə dünən Abşeron rayonunda baş verib. 

Belə ki, Xırdalan şəhərində yerləşən "Xəzinə Palace" şadlıq sarayında Elvin adlı bəyin keçirilən toy mərasimdə oğru bıçaqla quraşdırılmış qutudan pulları oğurlayıb. Onun pul konvertlərini necə qarnına doldurması təhlükəsizlik kameralarına düşüb. Faktla bağlı polisə müraciət edilib.

Qeyd edək ki, toyu olan Elvin Şükürovun atası Sahib Şükürov dövlət qurumlarından birində yüksək vəzifədə çalışır.

Məqaləyə dair fotomateriallar: