Şəhid xanımı oxuduğu universitetdə işə başladı
15 Mart 2025, 10:22
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
308
18.07.2022, 17:03
Sumqayıt şəhərində 1972-ci il təvəllüdlü İsa şəxsi münasibətlər zəminində arvadı Rəfiqəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
OXU24.COM Demokrat.az-a istinadən bildirir ki, İsanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə yaşayır:
"Rəfiqə ilə 1998-ci ildə ailə həyatı qurmuşam və üç övladımız var. Həyat yoldaşım ilə münasibətlərim hər zaman yaxşı olub. Lakin son vaxtlar Rəfiqə evdə yerli-yersiz söhbətlər salırdı və bu hal məni narahat etdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən gün Rəfiqəyə Tovuz rayonuna getmək istədiyini bildirib:
"Fikirləşdim ki, həyat yoldaşım mənimlə razılaşar. Lakin Rəfiqə bu zaman deyinməyə başladı. Rəfiqənin bu hərəkəti mənə pis təsir etdi. Buna əsəbiləşərək onun üzərinə getdim. Əlimlə və ayaqqabımla ona bir neçə zərbə vurdum. Daha sonra isə sakitləşmək üçün evdən çıxdım. Bir müddət sonra rayona getdim".
İsa deyib ki, sonradan Rəfiqənin hadisə ilə bağlı polisə müraciət etdiyini bilib. O, əməlindən peşman olduğunu deyib.
Həmçinin oxuyun
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rəfiqənin sözlərinə görə, həyat yoldaşı İsa taksi fəaliyyəti ilə məşğuldur:
"Mən özüm isə Sumqayıt şəhəri 22 saylı MİS-də xadimə kimi işləyirəm. Əvvəllər İsa ilə münasibətlərim normal olub. Lakin son dövrlərdə İsa mənimlə tez-tez mübahisələr etməyə, əsassız yerə məni təhqir etməyə və döyməyə başladı. Mən isə ailəm üçün buna səbir etdim".
Zərərçəkmiş qeyd edib ki, sonuncu dəfə İsa onunla birlikdə Tovuz rayonuna gedərək, vəfat etmiş qardaşının məzarını ziyarət etməyi təklif edib:
"Bu zaman yoldaşıma oruc tutduğumu, uzun yola çıxmaqda çətinlik çəkdiyimi, Ramazan bayramından sonra getməyi təklif etdim. Lakin həyat yoldaşım bu zaman üzərimə hücum çəkərək başıma yumruqla vurmağa başladı. Sonradan isə İsa öz ayaqqabısını ataraq başıma bərk zərbə vurdu".
Rəfiqə deyib ki, həyat yoldaşı ilə barışıb, ondan şikayəti yoxdur.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə İsanın barəsində olan cinayət təqibinə xitam verilib.
Buna səbəb zərərçəkmişin ondan şikayətçi olmaması olub.
11:01 / 15 Mart 2025
Mal-qara otaran 23 yaşlı oğlanın meyiti tapıldı
1
10:49 / 15 Mart 2025
DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
8
10:31 / 15 Mart 2025
“Putinə Ukraynadan gizli zəng gəlib” - Lukaşenko
8
10:22 / 15 Mart 2025
Şəhid xanımı oxuduğu universitetdə işə başladı
9
10:11 / 15 Mart 2025
Nazirə sanksiya tətbiq olundu
15
09:50 / 15 Mart 2025
111 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı
13
09:40 / 15 Mart 2025
Boşanma parti”si nə deməkdir?
15
09:27 / 15 Mart 2025
9-cu sinif buraxılış imtahanlarının vaxtı təyin edildi
15
09:16 / 15 Mart 2025
İdeal imsak və iftar süfrəsi necə olmalıdır?
31
09:00 / 15 Mart 2025
“Putin bu müharibədən çıxa bilməz” - Zelenski
37
21:49 / 14 Mart 2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
95
21:20 / 14 Mart 2025
Tıxaclara qarşı mübarizə: Yeni yollar salınır - VİDEO
102
20:58 / 14 Mart 2025
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
135
20:43 / 14 Mart 2025
Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
117
20:22 / 14 Mart 2025
SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
1595
20:11 / 14 Mart 2025
Bu rüsum 100 manat
163
20:06 / 14 Mart 2025
Danimarka Demokratları Qrenlandiya üzərində ABŞ-a qarşı birliyə çağırır
127
19:56 / 14 Mart 2025
Kanada rəsmi olaraq baş naziri dəyişir
143
19:48 / 14 Mart 2025
İŞİD liderlərindən biri öldürülüb
144
19:34 / 14 Mart 2025
DİN vətəndaşlara müraciət edib
152
19:29 / 14 Mart 2025
BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
151
19:24 / 14 Mart 2025
Putin və Maduro danışıqlara başlayıb
149
19:18 / 14 Mart 2025
Süd istehsal edən qadın — VİDEO
334
18:53 / 14 Mart 2025
NATO üzv ölkələrin hərbi potensialını artırmaq niyyətindədir
146
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.