Qaynar xətt:

(+99450) 247 90 86

Dəniz qan rənginə büründü - VİDEO

Dəniz qan rənginə büründü - VİDEO

CƏMİYYƏT

604

15.07.2022, 18:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada Anapadakı Qara dənizin rəngi qırmızıya çevrildi.

OXU24.COM bildirir ki, Rusiya kurortunda vəziyyət yerli Telegram kanalı "Anapa Qara dənizi"n diqqətini çəkdi, bununla bağlı paylaşım iyulun 13-də dərc edildi.

Varvarovka kəndindən Sukko kəndinə qədər olan ərazidə dəniz qeyri-adi rəngə boyandı. Hadisə şahidinin çəkdiyi kadrlarda sahilə yaxın suyun bir hissəsinin necə qırmızı rəngə çevrildiyini görmək olar.

Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun baş elmi işçisi Filipp Sapojnikovun izah etdiyi kimi, su fırtınanın sahilə gətirdiyi qırmızı yosunların  hissəcikləri səbəbindən rənglənib.

Alim qeyd edib ki, belə hallar istirahət edənlər üçün təhlükə yaratmır. Hadisənin dəqiq səbəbi alimlər tərəfindən nümunə götürüldükdən sonra müəyyən ediləcək.