Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib
25 Oktyabr 2026, 10:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
488
15.07.2022, 12:57
Azərbaycanda icra hakimiyyəti başçısının müavini və məktəb direktoru məktəbli qıza şiddət göstəriblər.
OXU24.COM xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, bu şəkilləri ona göndərən şəxs iddia edir ki, bacısı qızını bu hala salan məktəb direktoru və başçı müavinidir:
"Şəkilləri mənə göndərən şəxs iddia edir ki, bacısı qızını bu hala salanlar Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) olub. Məktəblini attestat vermək adı ilə evə çağırıb evdə fiziki zorakılıq tətbiq ediblər".
Onun sözlərinə görə, buna səbəb məktəblinin Rəsilə Əliyevanın qızının telefonundan başqasına mesaj yazması olub:
"Buna səbəb Rəsilə Əliyevanın qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Öz qızını da döyüb deyilənə görə, amma belə yox. Şiddət göstərməklə nə əldə edəcəyinizi bəri başdan deyim. Fakt təsdiqini taparsa, əlvida kreslo".
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Lent.az-a bildirib ki, həmin hadisə ilə bağlı Lənkəran ŞRPŞ-yə daxil olmuş müraciət əsasında araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən də hazırda məsələ ilə bağlı araşdırılma aparıldığı bildirilib.
10:34 / 25 Oktyabr 2026
1
10:30 / 25 Oktyabr 2026
13
23:16 / 24 Oktyabr 2026
232
22:52 / 24 Oktyabr 2026
197
22:34 / 24 Oktyabr 2026
165
22:14 / 24 Oktyabr 2026
111
22:05 / 24 Oktyabr 2026
449
21:42 / 24 Oktyabr 2026
2764
21:28 / 24 Oktyabr 2026
117
21:12 / 24 Oktyabr 2026
109
21:07 / 24 Oktyabr 2026
108
20:52 / 24 Oktyabr 2026
102
20:34 / 24 Oktyabr 2026
110
20:31 / 24 Oktyabr 2026
1227
20:12 / 24 Oktyabr 2026
123
20:05 / 24 Oktyabr 2026
118
19:55 / 24 Oktyabr 2026
108
19:40 / 24 Oktyabr 2026
103
19:09 / 24 Oktyabr 2026
152
18:55 / 24 Oktyabr 2026
101
18:40 / 24 Oktyabr 2026
123
18:27 / 24 Oktyabr 2026
116
18:20 / 24 Oktyabr 2026
793
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.