Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib
25 Oktyabr 2026, 10:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
405
14.07.2022, 21:21
Rusiyanın Ukraynadan oğurladığı taxılın daşımasını ermənilər həyata keçirir.
OXU24.COM publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Obozrevatel" nəşri yazır.
Nəşr qeyd edir ki, işğal olunmuş ərazilərdən Ukrayna taxılının oğurlanması və Rusiyaya aparılması işini bir qrup həyata keçirir: "Onlar "Rostov erməniləri"dir. Yük maşınları Ukrayna mallarını birbaşa Rusiyanın Rostov və Krasnodar vilayətlərinə aparır".
Ukraynalı jurnalistlər taxılın oğurlanması işini araşdıranda erməni şəbəkəsini ifşa ediblər. Kənd təsərrüfatı üzrə ixtisaslaşmış "Latifundist" nəşrinin baş redaktoru Konstantin Tkaçenko bildirir ki, onlar taxılın daşınmasında iştirak etmək adı ilə Rusiyadakı "həmkarları" ilə əlaqə saxlayıb və söhbətlər zamanı məlum olub ki, bu işin başında "Rutratranstorq" adlı şirkət dayanır. Şirkətin koordinatoru Artur Əzizyan adlı ermənidir. Ukraynalı jurnalistlər "lojistik şirkət" adı ilə daşınma işində iştirak etmək istədiklərini bildirib. Danışıq belə olub ki, yüklər Poloqi şəhərindən (Zaporojye vilayəti) Krımın girişindəki Armyanska aparılmalıdır. Əzizyanın hesablamlarına görə, daşıma üçün 5-10 yük maşını lazımdır, o, yük daşıyanlara bir ton taxıl üçün 2500 rubl təklif edib.
Sürücülərin keçid məntəqələrindən neçə keçəcəkləri və hansı sənədlərin lazım olduğunu soruşduqda cavabı belə olub: "Sürücülərin sənədlərini mənə göndərin, vəssalam. Mən keçidi təmin edəcəm". Əzizyan əmin edib ki, taxılın Rusiyaya aparılması üçün heç bir lisenziyaya, yaxud əlavə sənədə ehtiyac yoxdur.
"Rutratranstorq" şirkəti 2 mart 2022-ci ildə Krasnodarda qeydiyyatdan keçib, sahibi Rostov sakini Marina Trubnikovadır. Ukraynalı jurnalistlər ehtimal edir ki, bu şirkət məhz Ukrayna taxılının oğurlanması işini həyata keçirmək üçün qurulub. Trubnikovanın daşıma işi ilə məşğul olan "Miroyan" adlı şirkəti də var.
Konstantin Tkaçenko deyir ki, işğal olunmuş Xersonda hər rusiyalı ticarətlə məşğul ola bilməz.
"Yerli fermerlərin sözlərinə görə, bu ərazi "Rostov ermənilərinə" verilib. Onlara "Don erməniləri, yaxud "Azov erməniləri" də deyirlər. Onlar vaxtilə Krımdan Dona aparılan və orada yerləşdirilən ermənilərin nəslidir", - ukraynalı jurnalist bildirir.
10:34 / 25 Oktyabr 2026
1
10:30 / 25 Oktyabr 2026
13
23:16 / 24 Oktyabr 2026
232
22:52 / 24 Oktyabr 2026
197
22:34 / 24 Oktyabr 2026
165
22:14 / 24 Oktyabr 2026
111
22:05 / 24 Oktyabr 2026
449
21:42 / 24 Oktyabr 2026
2764
21:28 / 24 Oktyabr 2026
117
21:12 / 24 Oktyabr 2026
109
21:07 / 24 Oktyabr 2026
108
20:52 / 24 Oktyabr 2026
102
20:34 / 24 Oktyabr 2026
110
20:31 / 24 Oktyabr 2026
1227
20:12 / 24 Oktyabr 2026
123
20:05 / 24 Oktyabr 2026
118
19:55 / 24 Oktyabr 2026
108
19:40 / 24 Oktyabr 2026
103
19:09 / 24 Oktyabr 2026
152
18:55 / 24 Oktyabr 2026
101
18:40 / 24 Oktyabr 2026
123
18:27 / 24 Oktyabr 2026
116
18:20 / 24 Oktyabr 2026
793
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.