Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib
25 Oktyabr 2026, 10:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
366
13.07.2022, 22:48
Yoluxma sayında artım müşahidə olunsa da, koronavirusla bağlı vəziyyəti stabil qiymətləndirirəm. Bunu modern.az-a açıqlamasında tanınmış həkim-infeksionist Vasif Əliyev bildirib.
V.Əliyev qeyd edib ki, rəqəmlərin yüksək həddə çatacağı payıza proqnozlaşdırılır:
"Nəzərə alsaq ki, Azərbaycanla qonşu ölkələrdə də yoluxma sayı artır. Xəstəliyin ilk forması ilə indiki vəziyyəti müqayisə etsək, ağırlaşma dərəcəsi çox aşağı düşüb. Xəstəxanaya yatış ehtiyacı da əvvəlki dövrlərdə olduğu kimi deyil. Peyvənd faktoru da əsas məsələlərdəndir. İstər xəstəliyi keçirib sağalan, istərsə də peyvənd vurduran şəxslərdə yaranan immunitet onları qoruyur. Cəmiyyətdə qoruyucu antitelin olması gələcək fəsadlardan bizi qoruyacaq ən əsas amillərdən biridir".
V.Əliyev deyib ki, yoluxma dinamikası artarsa, lokal məhdudiyyətlərin tətbiqinə başlanacaq:
"Pandemiya hələ bitməyib. Buna görə də insanlar ehtiyatlı olmalıdır. Ölkəmizdə də yoluxma sayı dünyadakı yoluxma sayı ilə paralel gedir. Yoluxma artarsa, Operativ Qərargah məhdudiyyətlər və qadağalar tətbiq edə, qərarlar verə bilər.
Qeyd edək ki, son sutkada Azərbaycanda 63 yeni yoluxma qeydə alınıb, 41 nəfər virusdan sağalıb. Hazırda ölkə üzrə aktiv xəstə 405 nəfərdir.
Qadağalar müzakirə mövzusu olaraq, ilk olaraq fərdi məhdudiyyətlərin tətbiqinə başlanılacaq. Ara məsafəsinin gözlənilməsi əsas tələblərdən biri ola bilər. Xüsusilə qapalı məkanlarda maska geyinilməsinin yenidən gündəmə gətirilmə ehtimalı var. Vəziyyət real qiymətləndirildikdən sonra digər məhdudiyyətlər tətbiq olunacaq".
11:19 / 25 Oktyabr 2026
33
10:45 / 25 Oktyabr 2026
74
10:34 / 25 Oktyabr 2026
505
10:30 / 25 Oktyabr 2026
64
23:16 / 24 Oktyabr 2026
239
22:52 / 24 Oktyabr 2026
203
22:34 / 24 Oktyabr 2026
173
22:14 / 24 Oktyabr 2026
113
22:05 / 24 Oktyabr 2026
489
21:42 / 24 Oktyabr 2026
2848
21:28 / 24 Oktyabr 2026
117
21:12 / 24 Oktyabr 2026
110
21:07 / 24 Oktyabr 2026
110
20:52 / 24 Oktyabr 2026
105
20:34 / 24 Oktyabr 2026
113
20:31 / 24 Oktyabr 2026
1275
20:12 / 24 Oktyabr 2026
126
20:05 / 24 Oktyabr 2026
120
19:55 / 24 Oktyabr 2026
110
19:40 / 24 Oktyabr 2026
105
19:09 / 24 Oktyabr 2026
153
18:55 / 24 Oktyabr 2026
103
18:40 / 24 Oktyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.