Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
25 Oktyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
351
12.07.2022, 19:51
Kassa çeklərindəki mürəkkəbin tərkibində “Bisfenol A” maddəsinin olduğu iddia edilib və həmin məhlulun insan sağlamlığına ciddi zərərləri ola biləcəyi aşkarlanıb. Alimlər “Bisfenol A”nın beyin inkişafının gecikməsinə, autizmə, şəkərli diabetin inkişafına gətirib çıxardığını bildirirlər.
OXU24.COM bu məsələ ilə bağlı araşdırma aparıb.
Ofset texnologiyaları üzrə mütəxəssis, texnoloq Azər Sarıyev saytımıza açıqlamasında bildirib ki, “Bisfenol A” kassa çekləri ilə yanaşı, bəzi plasmastların tərkibində də olur:
“Bu maddə birbaşa insan dərisi ilə təmasda olarsa, insan orqanizminə pis təsir edə bilər. Kassa çekləri əslində iki növdə olur. Bunlardan biri adi ofset kağızıdır. Ofset kağızdan olan kassa çeklərinə ölkədə çox az rast gəlinir. Digəri isə termo kağızlardır ki, ölkəmizdə daha çox bu qəbildən olan kağızlardan istifadə olunur.
Məsələnin məğzini anlamaq üçün hər iki kağızın strukturunu bilmək lazımdır. Ofset kağızın üzərindən xüsusi bir təbəqə, onun üzərindən isə istiliyə həssas bir təbəqə gedir. Bu təbəqənin özü də 3 komponentdən ibarətdir. Biri piqmentdir ki, bu, rəngi verən məhluldur. Bu məhlul insan orqanizmi üçün bir o qədər də ziyanlı deyil. Digər iki həssas komponentin tərkibində isə “Bisfenol A” var. Bu maddə olmadan həmin çeklərin çapı mümkün deyil. Çek aparatda istilik üsulu ilə çap olunur. Burada istifadə olunan mürəkkəb bildiyimiz adi mürəkkəbdən çox fərqlənir”.
A.Sarıyev qeyd edib ki, çek kağızlarından bir dəfə istifadə etmək olar, onlar yenidən istifadəyə yararlı deyillər:
“Bir sözlə “Bisfenol A” kassa çeklərində var və təxminən 1 kvadratmetr kağızdan 1 milliqram “Bisfenol A” çıxa bilər. Bakıda çeklərə fikir verdiyim zaman bir məsələ diqqətimdən yayınmadı. Bahalı olduğu üçün Avropada istehsal edilən Köhler kağızlarından olan çeklər ölkəmizdə yoxdur. Həmin kağızlarda “Bisfenol A”nın miqdarı nisbətən az olur. Azərbaycana çeklərin bəlkə də 99 faizi Çindən gətirilir ki, onların da keyfiyyəti daha aşağıdır”.
Həkim dermatoloq Şəmsiyyə Rəhimzadə Oxu.Az-a açıqlamasında qeyd edib ki, pandemiya bizə gigiyena qaydalarında daha ciddi riayət etməyi öyrətdi:
“Əgər “Bisfenol A” nəfəs yollarına gedərsə, onun insan orqanizminə ciddi zərərləri ola bilər. Biz sözügedən çeklərə toxunduqdan sonra əllərimizi yumadan qida qəbul edəriksə, orqanizmə ziyanı ola bilər. Çeklər nəm şəkildə dəriyə nüfuz edərsə, tez bir zamanda əllər yuyulmalıdır. Əlinizi yumadığınız təqdirdə saatlarla bu maddə dərimizdə qalarsa, dərinin məsamələrindən qana nüfuz edərək beyin inkişafına, xroniki xəstəliklərin oyanmasına, şəkərli diabetlərdə şəkərin qalxmasına və s. səbəb ola bilər”.
16:05 / 25 Oktyabr 2026
45
15:37 / 25 Oktyabr 2026
208
15:34 / 25 Oktyabr 2026
58
15:19 / 25 Oktyabr 2026
74
15:08 / 25 Oktyabr 2026
99
15:05 / 25 Oktyabr 2026
75
14:36 / 25 Oktyabr 2026
76
14:15 / 25 Oktyabr 2026
509
14:00 / 25 Oktyabr 2026
180
13:50 / 25 Oktyabr 2026
247
13:50 / 25 Oktyabr 2026
69
13:35 / 25 Oktyabr 2026
133
13:18 / 25 Oktyabr 2026
1173
13:05 / 25 Oktyabr 2026
77
12:44 / 25 Oktyabr 2026
573
11:19 / 25 Oktyabr 2026
92
10:45 / 25 Oktyabr 2026
134
10:34 / 25 Oktyabr 2026
959
07:01 / 25 Oktyabr 2026
266
23:16 / 24 Oktyabr 2026
280
22:52 / 24 Oktyabr 2026
289
22:34 / 24 Oktyabr 2026
195
22:14 / 24 Oktyabr 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.