Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71939
az

Qarpızın orqanizmə faydaları və zərərləri

13:2912 İyul, 2022
127
CƏMİYYƏT
  • A

Qarpız xərçəng hüceyrələrinin artmasının qarşısını alır və ürək fəaliyyətini yaxşılaşdırır, böyrək və sidik kisəsinin təməzlənməsində faydası böyükdür. Böyrəklərdən xırda daş və qumların xaric olunmasında qarpızın böyük rolu var. Qarpız böyrəklərdən zülalın xaric olunmasını sürətləndirir.
Qarpızın tərkibi C vitamini ilə zəngindir. Qarpız arterial təzyiqi aşağı salır, tərkibindəki liflər sayəsində bağırsaqların fəaliyyətini sürətləndirir, orqanizmi toksinlərdən təmizləyir. Qarpız arterial təzyiqi aşağı salmaq qabiliyyətinə malikdir.
Qarpızın tərkibində likopen maddəsi vardır ki, bu da orqanizmi bəzi xəstəliklərə qarşı A vitaminindən 2 dəfə, E vitaminindən 10 dəfə artıq qoruyur. Likopen antioksidant təsirə malikdir. Likopenin tərkibində olan sərbəst radikallar oqranizmdə olan toksinlərin oqranizmdən xaric olunmasına yardım edir. Yay aylarında tez-tez qarpız yemək orqanizmin 1 illik toksinlərdən təmizləməsinə səbəb olur.
Qarpızın tərkibində suyun miqdarı çox olduğuna görə həzmi sürətləndirir və bağırsaqların yaxşı işləməsinə yardım edir. Yeməkdən əvvəl qarpız yemək çox faydalıdır.
Zərərləri:
Vaxtı keçmiş və bərkimiş qarpız yemək mədə bağırsaq sisteminin fəaliyyətini pozur, ürək bulanmasına və zəhərlənməyə səbəb olur. Buna görə də qarpız alan zaman diqqətli olmaq lazımdır.
Qarpızın insana veridiyi ikinci zərər onu pendirlə birlikdə yedikdə meydana çıxır. Qarpızla pendirin birlikdə yeyilməsi insana möhtəşəm bir ləzzət bəxş edir. Bu ikilini tez-tez yemək insanın çəkisini artırmaq qabiliyyətinə malikdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü