Şəhid xanımı oxuduğu universitetdə işə başladı
15 Mart 2025, 10:22
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
245
09.07.2022, 17:32
Bakının Xəzər rayonunda 1979-cu il təvəllüdlü Emil şəxsi münasibətlər zəminində qeyri-rəsmi yaşadığı arvadı Vəsiləyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
OXU24.COM Teleqraf.com-a istinadən bildirir ki, hadisə bu ilin yanvarın 26-da, təxminən saat 15.50-də baş verib.
Emil həmin vaxt rayonun Mərdəkan qəsəbəsində, Qızılqum bağ massivi, nömrəsiz bağ evinə gəlib, qeyri-rəsmi ər-arvad münasibətlərində əvvəllər yaşadığı Vəsilə ilə aralarında qısqanclıq zəminində münaqişə yaranıb. Münaqişə zamanı Emil Vəsiləni döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İstintaq orqanı tərəfindən Emilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. İş hakim Hüseyn Hüseynlinin sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Emil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, bağ massivi, nömrəsiz evdə tək yaşayır: "20 ilə yaxındır ki, Vəsilə ilə qeyri-rəsmi olaraq ailə qurmuşam. Üç övladımız var. Təxminən 8 aydır ki, həyat yoldaşım Vəsilə məni yaşadığımız evə buraxmır. Bir neçə dəfə aramızda münaqişələrmiz olub. Lakin bu barədə yoldaşım polisə müraciət etməyib. Vəsilənin əvvəllər kiminləsə münasibəti olmasından şübhələnmişəm. Ona görə də aramızda münaqişələr baş verdi. Bu səbəbdən evdən çıxdım və başqa bir yerdə tək yaşayıram. Sonradan həmin məsələyə aydınlıq gətirmişəm və hazırda onun haqqında şübhəm olmadığını bildirmişəm".
Həmçinin oxuyun
Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə hadisə baş verən günü, təxminən saat 15.50-də uşaqlarını görmək üçün onların yaşadığı evə gedib: "Qapıdan həyətə daxil oldum. Uşaqlarımın hal-əhvalı ilə maraqlandım. Uşaqlarımdan analarını soruşdum. Bu zaman Vəsilə evdən çıxan kimi məni nalayiq ifadələrlə təhqir etdi, mənimlə mübahisə etməyə başladı. Mətbəxdən baltanın taxta materialdan olan sapını götürərək üstümə hücum etdi. Balta sapını zorla yoldaşımdan almaq istəyərkən həmin balta sapı onun sol qoluna və sol ayağına dəydi. Vəsilə əsəbləşərək üstümə gəldi. Bu zaman qapını örtmək istədim, onun sol qolu qapının arasında qalaraq xəsarət aldı. Balta sapını onun əlindən almağa nail oldum. Həmin balta sapını əlindən alarkən pəncərənin şüşəsinə dəydi və şüşə sındı. Həmin vaxt Vəsilənin barmağı kəsildi və qan axmağa başladı. Bunu belə gördükdə isə oradan uzaqlaşdım".
Zərərçəkmiş Vəsilənin sözlərinə görə, son yeddi aydır Emildən ayrılıb və onunla birgə yaşamır: "Son illər çox vaxt evə sərxoş halda gəldiyi üçün səbəbsiz qısqanclıq zəminində aramızda münaqişələr yarandı. Münaqişə zamanı məni nalayiq ifadələrlə söyüb, təhqir etdi. Birgə yaşadığımız müddətdə aramızda baş vermiş münaqişələrlə bağlı polisə şikayət etməmişəm".
Zərərçəkmişin sözlərinə görə, sonuncu dəfə yanvarın 26-da, təxminən saat 15.50-də Emil Mərdəkan qəsəbəsində yaşadığı evin hasarından həyətə daxil olub: "Mənə "əxlaqsız", "pozğun" deyərək təhqir etdi. Taxta parçası ilə üzərimə hücum edərək sol qoluma və sol ayaq nahiyyəmə vurdu. Evimin pəncərəsinin şüşəsini sındırdı".
Emil tərəfindən Vəsiləyə vurduğu ziyanın tam ödənilməsi, zərərçəkmişin onunla barışması nəzərə alınıb.
Onun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
13:09 / 15 Mart 2025
Prezident onları təltif etdi - Siyahı
1
11:12 / 15 Mart 2025
Qərargah rəisi intihar etdi - Foto
692
11:01 / 15 Mart 2025
Mal-qara otaran 23 yaşlı oğlanın meyiti tapıldı
50
10:49 / 15 Mart 2025
DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
44
10:31 / 15 Mart 2025
“Putinə Ukraynadan gizli zəng gəlib” - Lukaşenko
44
10:22 / 15 Mart 2025
Şəhid xanımı oxuduğu universitetdə işə başladı
37
10:11 / 15 Mart 2025
Nazirə sanksiya tətbiq olundu
50
09:50 / 15 Mart 2025
111 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı
43
09:40 / 15 Mart 2025
Boşanma parti”si nə deməkdir?
43
09:27 / 15 Mart 2025
9-cu sinif buraxılış imtahanlarının vaxtı təyin edildi
46
09:16 / 15 Mart 2025
İdeal imsak və iftar süfrəsi necə olmalıdır?
62
09:00 / 15 Mart 2025
“Putin bu müharibədən çıxa bilməz” - Zelenski
64
21:49 / 14 Mart 2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
112
21:20 / 14 Mart 2025
Tıxaclara qarşı mübarizə: Yeni yollar salınır - VİDEO
119
20:58 / 14 Mart 2025
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
158
20:43 / 14 Mart 2025
Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
130
20:22 / 14 Mart 2025
SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
1681
20:11 / 14 Mart 2025
Bu rüsum 100 manat
180
20:06 / 14 Mart 2025
Danimarka Demokratları Qrenlandiya üzərində ABŞ-a qarşı birliyə çağırır
140
19:56 / 14 Mart 2025
Kanada rəsmi olaraq baş naziri dəyişir
157
19:48 / 14 Mart 2025
İŞİD liderlərindən biri öldürülüb
162
19:34 / 14 Mart 2025
DİN vətəndaşlara müraciət edib
168
19:29 / 14 Mart 2025
BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
166
19:24 / 14 Mart 2025
Putin və Maduro danışıqlara başlayıb
163
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.