Qaynar xətt:

(+99450) 247 90 86

Şuşa sakinlərinə müjdə: Bu tarixdə köçürülmə başlayır

Şuşa sakinlərinə müjdə: Bu tarixdə köçürülmə başlayır

CƏMİYYƏT

337

09.07.2022, 14:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək.
 
OXU24.COMTrend-ə istinadən bildirir ki, bunu Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində bildirib.
 
O qeyd edib ki, ən başlıca məqsəd keçmiş məcburi köçkünlərimizin ən tez bir zamanda öz diyarlarına, evlərinə geri dönmələri üçün tam şərait yaratmaqdır.
 
"Şuşada artıq 23 binadan ibarət ilk yaşayış kompleksinin inşasına başlanılıb. Gələn ilin sonunda biz ilk sakinlərimizi qəbul edəcəyik və onlara evlərinin açarlarını təhvil verəcəyik. Bu, bizim üçün qürurverici, eyni zamanda, çox məsuliyyətli bir layihədir", - deyə A.Kərimov əlavə edib.