Deputat oğlunun işi üzrə YENİ DETAL
25 Oktyabr 2026, 20:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
338
08.07.2022, 14:10
Prezidentin sərəncamı ilə jurnalistlər üçün inşa olunmuş 3-cü binanın media mənsublarına verilməsinin ləngiməsi bir sıra suallara səbəb olub. Regionxeberlericom.az bildirir ki, gununsesi.info-ya daxil olan məlumata görə, 255 mənzilli çoxmərtəbəli yaşayış binasının media nümayəndələrinə paylanılması barədə qərar dəyişib.
Yeni qərara görə, mənzillər Səbail rayonu ərazisində qeydiyyatda olan müharibə əlilləri və şəhid ailələrinə veriləcək.
Mənbəmiz hətta yerli icra hakimiyyəti tərəfindən sözgedən binada bir neçə mənzilin imtiyazlı təbəbəqənin nümayəndələrinə veriləcəyi barədə vəd verildiyini də iddia edir.
Qeyd edək ki, ötən ay 200-ə yaxın jurnalistin imzası ilə Prezident İlham Əliyevə növbəti dəfə müraciət olunub.
Amma dövlət qurumları tərəfində müraciətə hər hansı reaksiya verilməyib.
Xatırladaq ki, ötən il deputat Etibar Əliyev jurnalistlər üçün tikilmiş binanın şəhid ailələrinə və müharibə əlillərinə verilməsi təklifi ilə çıxış edib. Onun təklifi bir sıra tanınmış jurnalistlər tərəfindən dəstəklənib və Prezidentə müraciət edilib. Deputatın təklifi ciddi rezonans doğurub və sosial şəbəkələrdə kəskin tənqidlərə yol açıb.
Bir qrup media nümayəndəsi E.Əliyevi jurnalistlərlə şəhid ailələrini üz-üzə qoymaqda ittiham edilib, həmçinin onu dəstəkləyən həmkarlarını qınayıb.
Mənbə bildirir ki, hazırda binanı mühafizəsi onu inşa etmiş “Portoks” MMC tərəfindən həyata keçirilir.
Amma şirkət bir neçə dəfə MEDİA Agentliyinə müraciət edərək binanı təhvil götürməyi tələb edib. Səbəb kimi, mühafizə və amortizasiya xərclərini qarşılaya bilmədiyini göstərib.
Amma Agentlikdən bu tələbə mənfi cavab verilib və məsələnin aidiyyatı dövlət qurumlarının səlahiyyətində olduğu bildirilib.
Xatırladaq ki, binanın 2020-ci ilin yayında – 22iyul Mətbuat Günü jurnalistlərə paylanacağı vəd olunsa da, bu, baş tutmayıb.
Koronavirus pandemiyası, daha sonra jurnalist binalarının tikintisinə nəzarəti həyata keçirən KİVDF rəhbərliyinə cinayət işi açılması prosesi ləngidib.
Aparılan istintaq nəticəsində məlum olub ki, KİVDF rəhbərliyi, habelə tikintini həyata keçirən “Portoks” MMC-n məsul şəxsləri on milyonlarla dövlət vəsaitini talayaraq ələ keçirib.
Məhkəmənin qərarı ilə KİVDF rəhbəri Vüqar Səfərli əmlakı müsadirə olunmaqla 10 il həbs cəzasına məhkum edilib, habelə onunla əlbir olan şəxslərə müxtəlif cəzalar təyin edilib. KİVDF isə ləğv olunub, onun bazasında Medianın İnkişafına Dəstək Agentliyi – MEDİA yaradılıb.
20:15 / 25 Oktyabr 2026
69
19:30 / 25 Oktyabr 2026
705
19:02 / 25 Oktyabr 2026
166
16:35 / 25 Oktyabr 2026
79
16:05 / 25 Oktyabr 2026
106
15:37 / 25 Oktyabr 2026
490
15:34 / 25 Oktyabr 2026
86
15:19 / 25 Oktyabr 2026
105
15:08 / 25 Oktyabr 2026
115
15:05 / 25 Oktyabr 2026
109
14:36 / 25 Oktyabr 2026
102
14:15 / 25 Oktyabr 2026
717
14:00 / 25 Oktyabr 2026
267
13:50 / 25 Oktyabr 2026
391
13:50 / 25 Oktyabr 2026
85
13:35 / 25 Oktyabr 2026
190
13:18 / 25 Oktyabr 2026
1507
13:05 / 25 Oktyabr 2026
92
12:44 / 25 Oktyabr 2026
753
11:19 / 25 Oktyabr 2026
103
10:45 / 25 Oktyabr 2026
145
10:34 / 25 Oktyabr 2026
1043
07:01 / 25 Oktyabr 2026
308
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.