Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71803
az

Meymunçiçəyi analizi necə götürüləcək: burundan, yoxsa yaradan? - VİDEO

19:2906 İyul, 2022
178
CƏMİYYƏT
  • A

Meymunçiçəyi xəstəliyi ilə bağlı testlər ölkəmizə gətirilib və hazırda  Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində saxlanılır. Bəs səhhətində bu xəstəlik ilə bağlı hər hansı bir şübhəli hal ilə qarşılaşan vətəndaşlar bu testlərdən harada və necə istifadə edə bilər ? Ümumiyyətlə, bu xəstəliyin xüsusi bir müalicə üsulu varmı?

OXU24.COM Xəzər xəbər-ə istinadən xəbər verir ki, meymunçiçəyi ilə bağlı ölkəmizə gətirilən 3 min ədəd test hazırda Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində, yəni Taun Əleyhinə Stansiyada saxlanılır. 

Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyevanın sözlərinə görə, testlər  heç bir xəstəxanaya  paylanmayacaq. Yalnız yaxmaların götürülməsi üçün tibb müəssisələrinə xüsusi ləvazimatlar veriləcək. Əgər vətəndaş özündə bu xəstəlik ilə bağlı hər hansı bir hal aşkar edərsə o zaman ya təcili tibbi yardıma, ya da ərazi üzrə dövlət  tibb müəssisələrinə müraciət edərək, simptomlar barəsində məlumat verməlidir.

Afaq Əliyevanın sözlərinə görə, xəstəliklə bağlı hər hansı şübhəli halın aşkar edilməsi, laborator diaqnostikanın aparılması, yaradan yaxmanın götürülərək laboratoriyaya çatdırılaması ilə bağlı tibb işçiləri müəyyən təlimlərə cəlb olunaraq, bu sahə üzrə tam məlumatlandırılıb. O ki qaldı xəstəliyin müalicəsinə, bu mümkündür. 

Qeyd edək ki, suçiçəyinin səpkilər xırda və səthi olduğu, hava-damcı yolu ilə yoluxduğu halda, meymunçiçəyində səpkilər daha dərin, irinli olur  və uzunmüddətli yaxın təmas nəticəsində yoluxur.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyada hərbi akademiyada PARTLAYIŞ: xəsarət alanlar var
Azərbaycanda 3 dərəcə şaxta qeydə alındı - FAKTİKİ HAVA
Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü