Qaynar xətt:

(+99450) 247 90 86

Kəmaləddin Heydərov polkovniki işdən çıxardı - ƏMR

Kəmaləddin Heydərov polkovniki işdən çıxardı - ƏMR

CƏMİYYƏT

377

05.07.2022, 19:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun Sumqayıt Regional Mərkəzin rəisini vəzifəsindən azad edib.

OXU24.COM-un məlumatına görə, Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Hacıyev Adil Əli oğlu vəzifəsindən azad olunub.

Onun yerinə polkovnik Fətullayev Vaqif Cəlal oğlunu təyin edilib.

Qeyd edək ki, polkovnik Vaqif Fətullayev 09.03.1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Bakı Dövlət Universitetini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını və Ahmet Yasevi Universitetini bitirib.