Bu kənd Azərbaycana verilir? - SÖKÜNTÜ BAŞLADI
26 Oktyabr 2026, 00:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
353
01.07.2022, 18:49
1987-ci il təvəllüdlü Seymur Nəcəfov "Tik- tok" sosial şəbəkəsində canlı yayım açan sevgilisi Xumara (adlar şərti verilib - red.) xəsarətlər yetirib.
OXU24.COM bizim.media-ya istinadən xəbər verir ki, hadisə bu ilin fevralın 22-də Sumqayıt şəhərində baş verib.
Hadisə ilə bağlı açılan cinayət işi üzrə ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sumqayıt şəhərində ailəsi ilə birlikdə yaşayır:
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə fevralın 22-də gecə radələrində "Tik-Tok" sosial şəbəkəsində Xumarın canlı video açdığını görüb:
"Buna əsəbiləşdim, ona zəng etdim. Xumar zəngimi açan zaman onun harada olmasını soruşdum. Xumar isə Xırdalan şəhəri, Qurtuluş massivində adını dəqiq bilmədiyi bir kafedə oturduğunu bildirdi. Bundan sonra həmin kafeyə getdim. Orada Xumarın spirtli içkinin təsiri altında olduğunu gördüm. Ona maşına oturmağını bildirdim. Xumar maşına oturmamaq üçün israr etdi. Lakin mənim israrlarımdan sonra maşına əyləşdi".
Seymurun ifadəsinə görə, onlar Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən parkın yanına gəliblər:
"Yolda olarkən Xumar ünvanıma nalayiq küçə söyüşləri söydü. Bu zaman parkda heç kəsin olmadığını gördüm və Xumardan maşını tərk etməsini bildirdim. O, maşından düşən zaman isə əsəbiləşdim və hücum çəkdim. Üz və bədən nahiyəsinə yumruqla bir neçə dəfə zərbə vurdum. Zərbələrin təsirindən Xumar yerə yıxıldı. Sonra onu ayağa qaldırdım. Xumar hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verdi. Bundan sonra isə polis əməkdaşları hadisə yerinə gəldi. Bizi polis bölməsinə apardılar".
Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Seymurun barəsində 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
00:16 / 26 Oktyabr 2026
65
23:59 / 25 Oktyabr 2026
71
23:18 / 25 Oktyabr 2026
79
22:59 / 25 Oktyabr 2026
76
22:45 / 25 Oktyabr 2026
79
22:21 / 25 Oktyabr 2026
544
22:18 / 25 Oktyabr 2026
163
22:00 / 25 Oktyabr 2026
91
20:35 / 25 Oktyabr 2026
78
20:15 / 25 Oktyabr 2026
526
19:30 / 25 Oktyabr 2026
1777
19:02 / 25 Oktyabr 2026
258
16:35 / 25 Oktyabr 2026
95
16:05 / 25 Oktyabr 2026
152
15:37 / 25 Oktyabr 2026
1596
15:34 / 25 Oktyabr 2026
99
15:19 / 25 Oktyabr 2026
131
15:08 / 25 Oktyabr 2026
125
15:05 / 25 Oktyabr 2026
158
14:36 / 25 Oktyabr 2026
108
14:15 / 25 Oktyabr 2026
806
14:00 / 25 Oktyabr 2026
328
13:50 / 25 Oktyabr 2026
515
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.