BŞİH: Qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
26 Oktyabr 2026, 11:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
522
30.06.2022, 00:47
Tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin iyunun 27-də özünü Yasamal rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar etməsi cəmiyyətdə geniş müzakirə olunur.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, ilkin araşdırmalar nəticəsində hadisənin ehtimal edilən səbəbi müəyyən edilib. Belə ki, 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərlinin ailə münaqişəsi zəminində baş vermiş psixoloji gərginlik fonunda özünü binadan ataraq həyatına son qoymasına əsaslı şübhələr müəyyən edilib.
Artıq X.Kəngərlinin həyat yoldaşı şübhəli şəxs qismində istintaqa cəlb edilib, onun izahat və ifadəsi alınıb.
Qeyd edək ki, son illərdə Azərbaycanda intihar hadisələri ilə bağlı Cinayət-Prosessual icraatda ciddi dəyişiklik baş verib. Belə ki, əvvəllər ölkədə baş vermiş bütün intihar hadisələri ilə bağlı cinayət işi açılırdısa, son vaxtlar yalnız həyatına son qoymuş şəxsin bu addımı atmasına hər hansı şəxs və ya şəxslər tərəfindən vadar edilməsinə əsaslı şübhələr müəyyən edildikdə cinayət işi açılır. Xalidə Kəngərlinin intiharı ilə bağlı da Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb, hazırda ibtidai istintaq prosesi davam etdirilir.
Xatırladaq ki, hadisə iyunun 27-də saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O binanın qarşısındakı parkinqdəki “Hyundai Sonata” markalı avtomobilin üstünə düşüb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Mərhum iki uşaq anası idi.
***
Baş Prokurorluqdan "Qafqazinfo"ya bildirilib ki, X. Kəngərlinin həyat yoldaşı istintaqa cəlb edilməyib.
11:31 / 26 Oktyabr 2026
1
11:22 / 26 Oktyabr 2026
26
11:12 / 26 Oktyabr 2026
203
11:09 / 26 Oktyabr 2026
52
11:06 / 26 Oktyabr 2026
70
11:03 / 26 Oktyabr 2026
74
10:53 / 26 Oktyabr 2026
63
10:50 / 26 Oktyabr 2026
63
10:45 / 26 Oktyabr 2026
89
10:12 / 26 Oktyabr 2026
461
10:10 / 26 Oktyabr 2026
74
09:30 / 26 Oktyabr 2026
82
09:10 / 26 Oktyabr 2026
76
09:08 / 26 Oktyabr 2026
75
00:16 / 26 Oktyabr 2026
289
23:59 / 25 Oktyabr 2026
108
23:18 / 25 Oktyabr 2026
140
22:59 / 25 Oktyabr 2026
113
22:45 / 25 Oktyabr 2026
110
22:21 / 25 Oktyabr 2026
1103
22:18 / 25 Oktyabr 2026
393
22:00 / 25 Oktyabr 2026
139
20:35 / 25 Oktyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.