Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
26 Oktyabr 2026, 12:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
319
29.06.2022, 19:29
Hazırda oxunan: Xəzər dənizi ilə bağlı xüsusi ekspert qrupları yaradılacaq
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib.
"Biz ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikik. Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir. Bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub.
Bu gün məhdud tərkibdə görüşdə biz xüsusi narahatlıq doğuran məsələlər, konkret olaraq Xəzər dənizinin dayazlaşması barədə həmkarlarımızla fikir mübadiləsi apardıq. Biz bunu uzun illər boyu müşahidə edirik və təəssüf ki, dayazlaşma dinamikası narahatlıq doğurur.
Buna görə biz fikir mübadiləsi apardıq və yəqin ki, nümayəndə heyətlərimiz belə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi üçün xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklər".
"Əminəm ki, bu Sammit Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq", - İlham Əliyev əlavə edib.
13:06 / 26 Oktyabr 2026
31
13:00 / 26 Oktyabr 2026
34
12:54 / 26 Oktyabr 2026
228
12:51 / 26 Oktyabr 2026
32
12:45 / 26 Oktyabr 2026
35
12:30 / 26 Oktyabr 2026
62
12:20 / 26 Oktyabr 2026
75
12:17 / 26 Oktyabr 2026
58
12:15 / 26 Oktyabr 2026
76
12:05 / 26 Oktyabr 2026
63
12:01 / 26 Oktyabr 2026
131
12:00 / 26 Oktyabr 2026
61
11:59 / 26 Oktyabr 2026
72
11:47 / 26 Oktyabr 2026
66
11:35 / 26 Oktyabr 2026
127
11:33 / 26 Oktyabr 2026
68
11:31 / 26 Oktyabr 2026
66
11:22 / 26 Oktyabr 2026
76
11:12 / 26 Oktyabr 2026
599
11:09 / 26 Oktyabr 2026
350
11:06 / 26 Oktyabr 2026
100
11:03 / 26 Oktyabr 2026
101
10:53 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.