Dövlət Agentliyində yeni kadr təyinatları - Siyahı
26 Oktyabr 2026, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
330
25.06.2022, 14:39
2022-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 25-də SMS vasitəsilə məlumatlandırılıblar.
Dövlət Xidmətindən verilən məlumata görə, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.
“Bununla yanaşı müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə edə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə - dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də “Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncam imzalayıb. 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları sərəncama əsasən 2022-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
23:30 / 26 Oktyabr 2026
1
23:16 / 26 Oktyabr 2026
41
23:08 / 26 Oktyabr 2026
38
22:58 / 26 Oktyabr 2026
57
22:56 / 26 Oktyabr 2026
63
22:51 / 26 Oktyabr 2026
56
22:34 / 26 Oktyabr 2026
238
22:30 / 26 Oktyabr 2026
69
22:11 / 26 Oktyabr 2026
71
22:11 / 26 Oktyabr 2026
66
22:04 / 26 Oktyabr 2026
83
22:02 / 26 Oktyabr 2026
75
21:58 / 26 Oktyabr 2026
68
21:53 / 26 Oktyabr 2026
160
21:44 / 26 Oktyabr 2026
69
21:32 / 26 Oktyabr 2026
70
21:30 / 26 Oktyabr 2026
72
21:05 / 26 Oktyabr 2026
1079
21:02 / 26 Oktyabr 2026
86
20:56 / 26 Oktyabr 2026
97
20:30 / 26 Oktyabr 2026
95
20:26 / 26 Oktyabr 2026
88
20:17 / 26 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.