Dövlət Agentliyində yeni kadr təyinatları - Siyahı
26 Oktyabr 2026, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
395
24.06.2022, 20:44
"Həyat insana bir dəfə verilir. İkincisi mümkün olsaydı, bir dəfə yığardıq, o birisində yeyərdik. Elə adam var ki, gözü doymur. Yığ, yığ, bir də görürsən elə məqamda başını qoyursan ki... Ya övlad fərsiz çıxır, ya da qohum dağıdır malını. Üç, beş mərtəbə ev tikir, oturur mətbəxdə. Bunu birmərtəbə tik, hər şəraitin olsun, gözünü Allah doydursun".
OXU24.COM axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Xoş-beş" proqramında deyib. Qarmon ifaçısı qəbiristanlıqlardakı dəbdəbəli məzarlardan söz açıb:
"Qəbiristanlığa getdim, ata-anamın məzarını ziyarət edirdim. Nə ölünün, nə dirinin hörməti qalıb. Bir azdan bizim ölümüzün üstünə gələn olmayacaq. Baxırsan "movzoley" tikib, biri heykəl qoyub. Altı eynidir, qurd, quşdur. Bunu buna ödəyincə, ver yetim-yesirə. Səxavət ibadətdən güclüdür. Səxavətiniz olsun. O dünyada deyəcəklər nə etdin? Birinin qapısına çörək apardın? Amma etdiyini demə, Allah görür".
Musiqiçi bahalı geyimləri ilə gündəmə gələnləri tənqid edib:
"Mənim belə imarətim, maşınım var, ayaqqabıma bu qədər pul verdim. Ay dünya malı ilə sevinən, nə apracaqsan? Sənə kəfən qismət olacaq, ya olmayacaq. 20 Yanvar oldu, necə gənclər getdi. Eləsi oldu ki, asfaltla bir oldu, kəfənə də yığılmadı.
Bilmirəm sudandır, yeməkdəndir, insanlar vəhşiləşib. Bu günlərdə çiyələk alıram, baxıram böyük. Deyirəm bu boyda çiyələk olar, elə bil dərman vurublar. Satıcı oğlan deyir, bibi, elə budur da olan. Ona görə də bunu yeyirlər, kişilər olur arvad, arvadlar da olur kişi".
00:00 / 27 Oktyabr 2026
3
23:43 / 26 Oktyabr 2026
67
23:30 / 26 Oktyabr 2026
60
23:16 / 26 Oktyabr 2026
76
23:08 / 26 Oktyabr 2026
64
22:58 / 26 Oktyabr 2026
75
22:56 / 26 Oktyabr 2026
76
22:51 / 26 Oktyabr 2026
61
22:34 / 26 Oktyabr 2026
302
22:30 / 26 Oktyabr 2026
75
22:11 / 26 Oktyabr 2026
77
22:11 / 26 Oktyabr 2026
69
22:04 / 26 Oktyabr 2026
88
22:02 / 26 Oktyabr 2026
81
21:58 / 26 Oktyabr 2026
70
21:53 / 26 Oktyabr 2026
177
21:44 / 26 Oktyabr 2026
72
21:32 / 26 Oktyabr 2026
75
21:30 / 26 Oktyabr 2026
76
21:05 / 26 Oktyabr 2026
1235
21:02 / 26 Oktyabr 2026
87
20:56 / 26 Oktyabr 2026
102
20:30 / 26 Oktyabr 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.