Qaynar xətt:

(+99450) 247 90 86

Oğuzda ağacları qurudanlar axtarılır - VİDEO

Oğuzda ağacları qurudanlar axtarılır - VİDEO

CƏMİYYƏT

257

24.06.2022, 19:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

OXU24.COM  Xəzər TV-yə istinadən xəbər verir ki, son ayda ət mağazasının kənarında olan uzunömürlü Qovaq ağacları birdən-birə qurumağa başlayıb. 

Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı regional təbii sərvətlər idarəsindən bildirilib ki, əraziyə baxış keçirilib və 4 ədəd irigövdəli Qovaq ağacına müdaxilə olunduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə faktla bağlı araşdırmalara başlanıb. Hadisəni törədən şəxs və ya şəxslərin tapılması istiqamətində tədbirlər görülür.