Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?
27 Oktyabr 2026, 00:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
319
21.06.2022, 21:55
"Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycanın "Azərqızıl" Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik" sənədindən irəli gələn bir sıra məsələlər barədə" qərar imzalanıb.
Müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, "Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycanın "Azərqızıl" Dövlət Şirkəti ilə R.V. İnvestment Group Services, LLC ABŞ arasında 20 avqust 1997-ci ildə bağlanmış Sazişdə Dəyişiklik" sənədini imzalamaq səlahiyyətinin verilməsi haqqında" Prezidentin 2022-ci il 20 iyun tarixli 3225 nömrəli Sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında 2022-ci il 18 iyun tarixində Bakı şəhərində imzalanmış "Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında "Azərqızıl" Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik" sənədinə uyğun olaraq belə qərar verib.
"Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının "Azərqızıl" Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik" sənədinin 3.1-ci bəndində qeyd olunan "Azərbaycan Hökumətinin təminatı və öhdəlikləri" təsdiqlənib.
"Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişə Azərbaycan Hökumətinin təminatı və öhdəlikləri haqqında" Nazirlər Kabinetinin 1998-ci il 23 yanvar tarixli qərarı ləğv edilib.
00:42 / 27 Oktyabr 2026
69
00:00 / 27 Oktyabr 2026
69
23:43 / 26 Oktyabr 2026
90
23:30 / 26 Oktyabr 2026
74
23:16 / 26 Oktyabr 2026
88
23:08 / 26 Oktyabr 2026
75
22:58 / 26 Oktyabr 2026
83
22:56 / 26 Oktyabr 2026
84
22:51 / 26 Oktyabr 2026
69
22:34 / 26 Oktyabr 2026
403
22:30 / 26 Oktyabr 2026
81
22:11 / 26 Oktyabr 2026
84
22:11 / 26 Oktyabr 2026
75
22:04 / 26 Oktyabr 2026
92
22:02 / 26 Oktyabr 2026
86
21:58 / 26 Oktyabr 2026
75
21:53 / 26 Oktyabr 2026
200
21:44 / 26 Oktyabr 2026
78
21:32 / 26 Oktyabr 2026
79
21:30 / 26 Oktyabr 2026
81
21:05 / 26 Oktyabr 2026
1553
21:02 / 26 Oktyabr 2026
91
20:56 / 26 Oktyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.