Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71008
az

Aytac Əliyevanın məhkəməsində dava düşdü

19:5921 İyun, 2022
197
CƏMİYYƏT
  • A

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

OXU24.COM Trend-ə istinadən xəbər verir ki, məhkəmə prosesi açıq keçirilsə də, prosesə sədrlik edən hakim Rasim Sadıxov jurnalistləri məhkəmə zalından çıxarıb.

Daha sonra prosesdə ittiham aktı elan edilib.

İttihama göstərilib ki, Aytac Əliyeva və bacısı Turkut İlknur tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə bir neçə nəfərin əmlakını ələ keçiriblər.

İttiham olunan bacılar özlərini geniş əlaqələrə sahib olan qızıl -zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim ediblər. Belə ki, təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl -zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə zərərçəkmiş şəxslər vəd ediblər.

Aytac Əliyeva və Turkut İlknur 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli biliniblər.

Təqsirləndirilən şəxslər məhkəmədə özlərini verilmiş ittihamlarla təqsirli bilmədiklərini deyiblər. Gərgin keçən prosesdə zərərçəkmiş şəxslərdən biri ilə təqsirləndirilən şəxslər arasında dava olub, hakim zərərçəkmişi zaldan qovub.

Proses iyulun 5-də davam etdiriləcək.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“NİSSAN” dərəyə aşdı, sürücü xilas edildi - VİDEO
Zelenski təcili olaraq Baş Qərargahı TOPLADI: Qərb nə tələb edib?
Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Arzu əri tərəfindən bıçaqlanıb - VİDEO