Qaynar xətt:

(+99450) 247 90 86

Prezident SƏRƏNCAM İMZALADI

Prezident SƏRƏNCAM İMZALADI

CƏMİYYƏT

312

20.06.2022, 22:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol



Prezident İlham Əliyev Ağstafa rayonunun Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

OXU24.COM xəbər verir ki, sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.