Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?
27 Oktyabr 2026, 00:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
311
20.06.2022, 18:24
Meymunçiçəyi virusunun əlamətləri dəyişdi - Həkimlərdən XƏBƏRDARLIQ
Meymunçiçəyi virusunun əlamətləri dəyişib.
"OXU24.COM" xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı səhiyyə müəssisələrindən biri olan Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) məlumat yayıb.
Qurum tibb işçilərinə xəstələrdə fərqli əlamətlərə diqqət edilməsi barədə xəbərdarlıq edib: “Meymunçiçəyinin simptomları keçmişdə Afrikada müşahidə olunanlardan fərqli olmağa başlayır”.
CDC direktoru Roçel Valensk fikirlərini bu cür ifadə edib:
"Bəzi yeni hallarda, insanların bütün bədəninə yayılan qızartı və blisterlər əvəzinə sızanaq kimi qabarıqlar və deformasiyalar meydana gələ bilər. Ümumiyyətlə, meymunçiçəyi yüngül formada olur və bədənin bəzi yerlərində baş verir. Ancaq Qərbi və Mərkəzi Afrikada görülən xəstəliklərin klassik əlamətlərindən fərqli əlamətlər görülür. Bu, bir çox xəstənin diqqətdən kənarda qala biləcəyini və ya diaqnoz qoyulmadığını sübut edir. Bu xəstəlik adətən üzdə, əllərdə və qollarda qabarcıqlarla özünü göstərir. Amma son zamanlar xəstələrin cinsiyyət orqanlarında və anus ətrafında qabarcıqlar əmələ gəlir, daha sonra qripə bənzər əlamətlər yaranır, bəzi hallarda isə qripə bənzər əlamətlər görünmür”.
ABŞ-da bəzi xəstələrin düz bağırsağında ağrı və iltihab hiss etdiyi bildirilərkən, bunun keçmişdə meymunçiçəyi xəstəliyində müşahidə edilmədiyi də qeyd edilib. Pensilvaniya Universitetinin əməkdaşı Stüart İsaaks, “Qərbi Afrika variantı xəstəliyin daha yüngül olmasına səbəb ola bilər. Ancaq bədəninizdə az da olsa qızartı və qabarcıqlar varsa, xəstə ola bilərsiniz. Regional lezyonlara diqqət yetirməlisiniz. Xəstəliyin ötürülmə üsulundan asılı olaraq simptomların da fərqli ola bilər”, - deyə söyləyib.
Qeyd edək ki, ilk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında insanlarda görülən virus, son 10 ildə Qərbi Afrikada kəskin şəkildə artıb. Xəstəlik üzdə və bədənin qalan hissəsində dəri səpgiləri ilə özünü göstərir, həmçinin qızdırma və baş ağrısı kimi əlamətlərə səbəb olur. Çiçək xəstəliyi ilə eyni virus ailəsindən olan meymunçiçəyi virusu daha az ölümcüldür, lakin onun iki növündən biri olan Konqo variantında ölüm nisbəti 10 faizə çatır.
00:42 / 27 Oktyabr 2026
85
00:00 / 27 Oktyabr 2026
78
23:43 / 26 Oktyabr 2026
102
23:30 / 26 Oktyabr 2026
81
23:16 / 26 Oktyabr 2026
95
23:08 / 26 Oktyabr 2026
83
22:58 / 26 Oktyabr 2026
91
22:56 / 26 Oktyabr 2026
90
22:51 / 26 Oktyabr 2026
76
22:34 / 26 Oktyabr 2026
493
22:30 / 26 Oktyabr 2026
86
22:11 / 26 Oktyabr 2026
92
22:11 / 26 Oktyabr 2026
79
22:04 / 26 Oktyabr 2026
96
22:02 / 26 Oktyabr 2026
94
21:58 / 26 Oktyabr 2026
80
21:53 / 26 Oktyabr 2026
216
21:44 / 26 Oktyabr 2026
85
21:32 / 26 Oktyabr 2026
86
21:30 / 26 Oktyabr 2026
89
21:05 / 26 Oktyabr 2026
1685
21:02 / 26 Oktyabr 2026
98
20:56 / 26 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.