Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?
27 Oktyabr 2026, 00:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
412
19.06.2022, 22:49
Nəql edilir ki, İmam Sadiq (ə) təvaf edən zaman Əbdülməlik adlı bir nəfər ona yaxınlaşır və onunla münazirə etmək istəyini bildirir. İmam (ə) da ona buyurur ki, təvafı bitirim, sonra gələrəm.
İmam (ə) təvafı bitirəndən sonra həmin şəxs İmamın (ə) yanına gəlir və yanında əyləşir. İmamın (ə) səhabələri və şagirdləri də orada əyləşmişdilər.
İmam (ə) həmin şəxsə buyurur: "Bilirsənmi ki, yerin üstü və altı vardır?".
Deyir: "Bəli".
Buyurur: "Onun altına getmisən?".
Deyir: "Xeyr".
Buyurur: "Bilirsənmi ki, yerin altında nə vardır?".
Deyir: "Xeyr, ancaq güman edirəm ki, heç nə yoxdur".
Buyurur: "O zamana qədər ki, yəqininin yoxdur, güman gücsüzdür. Səmaya qalxmısanmı?".
Deyir: "Xeyr".
Buyurur: "Bilirsənmi ki, səmanın üstündə nə vardır?".
Deyir: "Xeyr".
Buyurur: "Şərqə və qərbə getmisən?".
Deyir: "Xeyr".
Buyurur: "Sənə görə təəccüb edirəm. Nə şərqə getmisən, nə də qərbə. Nə yerin altına getmisən, nə də səmanın üstünə uçmusan. Oradan xəbərin yoxdur ki, arxasında nə vardır. Halbuki, onların arasında olan şeyi inkar edirsən. Məgər aqil bilmədiyi şeyi inkar edərmi?".
Deyir: "Heç kəs mənə bu sözləri deməmişdi, Sizdən başqa!".
Buyurur: "Sənin (Allahın varlığına) görə şəkkin vardır ki, görəsən doğrudur, yoxsa doğru deyildir?".
Deyir: "Yəqin ki, belədir".
Buyurur: "O kəs ki, bilmir, bilən kəsin üzərində hüccəti olmaz. Ona görə də cahilin alimin üzərində hüccəti yoxdur.
Ey misirli qardaş! Sözlərimi eşit! Biz Allah barəsində heç bir zaman şübhə etmirik. Məgər görmürsənmi ki, Günəş və Ay, gecə və gündüz olur və səhv etmirlər. Gedirlər və geri qayıdırlar. Çarəsizdirlər və məkanlarından başqa məkanları yoxdur. Əgər bacarsaydılar ki, getsinlər və geri qayıtmasınlar, bəs niyə geri qayıdırlar? Əgər çarəsiz deyildirlərsə, niyə gecə gündüz olmur? Gündüz isə gecə olmur?
Ey misirli qardaş! O zamana qədər ki, yerlərindədirlər və çarəsizdirlər və o Kəs ki, onları çarəsiz edibdir, onların özündən də böyük və möhkəmdir".
Deyir: "Düz deyirsiniz".
Buyurur: "Ey misirli qardaş! Səma göydədir və yer altdadır. Niyə səma yerə süqut etmir ki? Niyə torpaq dağılıb tökülmür ki, nə özünü saxlaya bilsin, nə də üzərində olanların hamısını?".
Deyir: "Allaha and olsun ki, Allah onları saxlayır".
Bu yolla həmin şəxs bu dəqiq məntiqi anlayır və dərk edir ki, hər saniyə kainatda baş verən milyardlarla prosesi idarə edən, tənzimləyən var və bu tənzimləyənin qüdrəti o dərəcədədir ki, bir anlıq da olsun proseslər tərs düşmür və qarışmır. O, iman gətirir və İmamın (ə) tələbələrindən olur. Sonra Misirdə və Şamda dərslər deməyə başlayır və tanınmış müəllim olur.
00:42 / 27 Oktyabr 2026
85
00:00 / 27 Oktyabr 2026
78
23:43 / 26 Oktyabr 2026
102
23:30 / 26 Oktyabr 2026
81
23:16 / 26 Oktyabr 2026
95
23:08 / 26 Oktyabr 2026
83
22:58 / 26 Oktyabr 2026
91
22:56 / 26 Oktyabr 2026
90
22:51 / 26 Oktyabr 2026
76
22:34 / 26 Oktyabr 2026
493
22:30 / 26 Oktyabr 2026
86
22:11 / 26 Oktyabr 2026
92
22:11 / 26 Oktyabr 2026
79
22:04 / 26 Oktyabr 2026
96
22:02 / 26 Oktyabr 2026
94
21:58 / 26 Oktyabr 2026
80
21:53 / 26 Oktyabr 2026
216
21:44 / 26 Oktyabr 2026
85
21:32 / 26 Oktyabr 2026
86
21:30 / 26 Oktyabr 2026
89
21:05 / 26 Oktyabr 2026
1685
21:02 / 26 Oktyabr 2026
98
20:56 / 26 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.