Saçların daha güclü və gur olması üçün şampuna nə əlavə etmək olar?
27 Oktyabr 2026, 00:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
338
19.06.2022, 22:27
Rusiyanın məşhur onkoloqu İvan Stilidi Rusiyada minlərlə insanın həyatını xilas edən elmi araşdırmanın müəllifidir. O, 30 ildir kişilərdə onkoloji xəstəliklərdən ölüm statistikasını 2 dəfə azaltmağa nail olan eımi iş üzərində çalışıb.
İyunun 12-də onkologiya sahəsində elmi yeniliklərinə görə şəxsən Putin tərəfindən mükafatlandırılan alim siqaret, içki ilə xərçəng arasında əlaqə barədə yeni faktlar açıqlayıb.
OXU24.COM bakupost-a istinadən xəbər verir ki, İvan Stilidi alkoqolizmin kişi ölümlərinin birinci səbəbi olduğunu qeyd edib.
"Alkoqol elə bir bəladır ki, onu qadağan etdikcə, daha da artır. Buna misal olaraq, SSRİ-ni göstərə bilərik. Antialkoqol kompaniyaları Sovetlərdə əyyaşların sayını daha da artırdı, kişilər gənc yaşda içkinin qurbanı olurdu.
Son elmi araşdırmamız sübut etdi ki, alkoqolun təhlükəli dozasından istifadə statistik olaraq, müxtəlif şişlərdən, xərçəngdən ölüm riskini 2 dəfə artırır. İşki içənlər qaraciyər şişləri, ürək xəstəliyi, insult, vərəm, mədəaltı vəz xəstəlikləri, qətl, qəzalardan daha çox ölür.
Biz 260 min insanın tibbi məlumatlarını incələdik. Məlum oldu ki, 15-55 yaş arası 59% kişilərdə ölüm səbəbi kimi qəfildən ürək dayanması və beyin qansızmasının əsasında alkoqol dayanıb.
Onların qanında alkoqolun miqdarı 4promili keçmişdi. Biz bunu alkoqolun təhlükəli həddə qəbulu hesab edirik.
İçki içənlərin qida borusu, mədəsi, mədəaltı vəzisi, qaraciyəri içkinin, spirtin təsirindən daima travma aldığından, selikli qişalar zədələnir. Xroniki iltihabi proses heç vaxt sağalmır, bu da bədxassəli şişlərin yaranmasına zəmin yaradır.
İçki içənlərin orqanizmində xərçəngə qarşı təbii immunitet rezervi də tükənmiş olur. Xəstəlik yarandıqda, artıq mübarizə aparmağa qüvvə qalmır. Ona görə içki içənlərin xərçəng olma ehtimalı içməyənlərə nisbətən 4 dəfə çoxdur, onların müalicəsi də çox halda effekt vermir".
00:42 / 27 Oktyabr 2026
85
00:00 / 27 Oktyabr 2026
78
23:43 / 26 Oktyabr 2026
102
23:30 / 26 Oktyabr 2026
81
23:16 / 26 Oktyabr 2026
95
23:08 / 26 Oktyabr 2026
83
22:58 / 26 Oktyabr 2026
91
22:56 / 26 Oktyabr 2026
90
22:51 / 26 Oktyabr 2026
76
22:34 / 26 Oktyabr 2026
493
22:30 / 26 Oktyabr 2026
86
22:11 / 26 Oktyabr 2026
92
22:11 / 26 Oktyabr 2026
79
22:04 / 26 Oktyabr 2026
96
22:02 / 26 Oktyabr 2026
94
21:58 / 26 Oktyabr 2026
80
21:53 / 26 Oktyabr 2026
216
21:44 / 26 Oktyabr 2026
85
21:32 / 26 Oktyabr 2026
86
21:30 / 26 Oktyabr 2026
89
21:05 / 26 Oktyabr 2026
1685
21:02 / 26 Oktyabr 2026
98
20:56 / 26 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.