Qaynar xətt:

(+99450) 247 90 86

Meymunçiçəyinə yoluxan cinsi azlıq simptomları açıqladı

Meymunçiçəyinə yoluxan cinsi azlıq simptomları açıqladı

CƏMİYYƏT

355

16.06.2022, 19:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Meymunçiçəyi virusuna yoluxmuş həkim simptomları açıqlayıb. 

OXU24.COM azxeber.com-a istinadən xəbər verir ki, "TikTok"da paylaşım edən həkim sürətlə yayılan meymunçiçəyi virusuna yoluxduğunu açıqlayıb.

Gey olduğu bilinən və TikTok-da "thatgaydoctor" adlı bir istifadəçi öz izləyicilərinə virusla bağlı açıqlama verib:

"Bədənimdəki qabarcıqları və yaraları görəndə inana bilmədim. Əvvəl düşünürdüm ki, meymunçiçəyi hələ çox nadir yayılıb, ona görə də bu virusa yoluxmamışam, amma yanıldım. Bunu məlumatlılığı artırmaq üçün burada paylaşaraq izləyicilərimə məlumat vermək istədim. Bir səhər oyandığımda limfa düyünlərimin şişdiyini gördüm və bütün gün özümü inanılmaz dərəcədə yorğun və ləng hiss etdim. Bir də mənə soyuq tər gəlirdi. Bədənimin müxtəlif yerlərində qəribə qabarcıqlar əmələ gəlməyə başladı".
Həkim bildirib ki, xəstə olduğunu anlayanda dərhal xəstəxanaya gedib və müayinə olunub.