Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70798
az

PUTİNİN XƏSTƏLİYİ İLƏ BAĞLI YENİ ŞOK İDDİALAR – “Onun uzun müddət ərzində istifadə etdiyi preparatlar...”

19:2014 İyun, 2022
212
CƏMİYYƏT
  • A

Putinin üzündə gah peyda olub, gah da çəkilən şişlər, bədəninin sağ tərəfi sol tərəfinə nisbətən pis hərəkət etməsi onun beyində şiş və ya geniş metastaz əmələ gəldiyini göstəriri”

”Ukrayna hərbi kəşfiyyatı da Putinin xəstə olmasını təsdiqləyir, amma...”

Məlum olduğu kimi, son bir neçə aydır ki, Qərb KİV-ləri Putinin onkoloji xəstəliyə tutulmasından və onda psixi problemlərin yaranmasından yazırlar. Putinin gerçəkdən ağır xəstə olması konkret bilinməsə də onun xarici görünüşündəki qəribə dəyişikliklər və hərəkətlərindəki qeyri-adekvatlıq müəyyən şübhələrə yol açır.

Ukraynanın “Apostrope.ua” internet potalı ““Putin hansı xəstəliyə tutulub: həkimlər nə deyir” başlıqlı məqaləsində Rusiya başçısının səhhətində və psixikasında meydana gəlmiş problemlərə toxunur.

Həmin məqaləni qısa ixtisarla təqdim edirik: ”Qərb mətbuatında Putinin ciddi xəstə olması barəsində məlumtalar demək olar ki, hər gün dərc olunur. Bu yaxınlarda ABŞ-ın “Newsweek” nəşri kəşfiyyat mənbələrinə istinadla yazmışdı ki, ABŞ xüsusi xidmət orqanlarının psixiatorlarının məruzəsində qeyd edilib ki, Rusiya prezidenti xərcəng xəstəliyinə tutulub. Həmçinin, kəşfiyyat orqanlarının analitikləri onda Parkinson xəstəliyinin əlamətlərinin olmasını bildiriblər.

Rusiya prezidentinin sağlamlığı ilə bağlı ciddi problemlər barəsində ABŞ və Böyük Britaniyanın “New York Post”, ”New Lines Magazine”, “Daily Mail” və “The Sun” qəzetləri də geniş yazılar dərc ediblər.

Psixiatriya üzrə mütəxəssislər hələ aprel ayında Putinin Müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı necə oturmasına çox diqqət ayırmışdılar. Putin beş dəqiqə ərzində stoldan bərk yapışaraq tərpənməz şəkildə oturmuşdu. Uzaq məsafədən diaqnoz qoyan mütəxəssislər Putinin hərəkətlərini və davranışlarını analiz edərək, Ağ ev üçün məruzə hazırlayıblar.

Xüsusi xidmət orqanlarının əməkdaşları Kreml rəhbərinin onkologiyadan və ya Parkinson xəstəliyindən müalicə alması qənaətinə gəliblər. Nəzərə almaq lazımdır ki, əgər pasient Parkinson xəstəiyindən müalicə alırsa, onun uzun müddət ərzində istifadə etdiyi preparatlar şizofreniyaya səbəb ola bilər.

“Penta” tətbiqi siyasi araşdırmalar mərkəzinin rəhbəri Vladimir Fesenko deyib: ”Əlbəttə, od olmasa tüstü çıxmaz. Çoxsaylı mənbələr Putinin sağlam olmadığını söyləyir. Məlumatların bir qismi(məsələn, bel nahiyəsindəki problemlər) təsdiqini tapıb, amma onkoloji problemlər versiya səviyysəindədir. Putinin sağlamlıq məsələsinin nəyə görə məhz indi Qərb KİV-lərində bu qədər qızğın müzakirə olunmasının səbəbi Rusiya elitasına siqnal yollamaqdır ki, düşünün! Putin əbədi deyil, yaxşı olar ki, öz gələcəyinizi indidən planlaşdırasınız”.

Parkinson, yoxsa onkologiya?

Rusiya diktatorunun 70 yaşı var. Belə bir yaşda istənilən adamın səhhətində problemlər ola bilər. Söhbət yalnız diaqnozdan və xəstəliyin kəskinləşmə dərəcəsindən gedir. Putinin sağlamlığı ilə bağlı məsələdə bir neçə nüansa diqqət etmək gərəkdir.

Birincisi, Putinin sifətində daim yaranan “metamarfozalar” həmişə gözə çarpır. Onun üzündəki şişlər gah peyda olur, gah da çəkilir, amma sifətinin forması qeyri-təbii şəkildə yumru qalır. Əgər nəzərə alsaq ki, adam belə tezliklə çəki alıb itirə bilməz, deməli bu dəyişikliklər ya xəstəlikdən, ya da hansısa dərman preparatlarının qəbulu nəticəsində baş verir.

Həkim nevroloq Aleksandr Şebet “Apostrophe.ua” ilə söhbətində deyib: ”Putinin üzünün formasının dəyişməsi, şişlərin əmələ gəlməsi (“Aya bənzəyən sifət”) hormonal preporatların (kortikosteroidlərin) qəbulu səbəbindən ola bilər. Yüksək dozada kortikosteroidlər onkoloji xəstəliklərin müalicəsi üçün istifadə edilir. Üzün formasının tez-tez dəyişilməsini nəzərə alsaq, onkoloji proseslərin getdiyini söyləmək olar”.

Digər tərəfdən, Putinin əlləri və ayaqları ilə qeyri-ixtiyari hərəkətlər etməsinə və əllərinin əsməsinə(tremor) diqqət yetirmək lazımdır. Rusiya prezidentinin Şoyqu ilə görüşü zamanı masadan qəzəblə yapışmasının səbəbi əllərinin titrəyişini gizlətmək istəyilə bağlıdır.

Aleksandr Şebet əlavə olaraq bildirib: ”Putinin əli ilə qeyri-ixtiyari hərəkətlər etməsi və tremor yaşla əlaqədardır və bu, hər kəsdə baş verir. Demək olmaz ki, bu, yalnız Parkinson xəstəliyinin təzahürüdür. Bu cür simptomlar onkoloji proseslərin qarşısını almaq üçün istifadə edilən dərmanların yan təsirləri nəticəsində də peyda olur. Bəlkə də bunlar baş beyindəki metastazın əlamətidir. Putinin qəribə yerişini nəzərə alsaq, görərik ki, onun bədəninin sağ tərəfi sol tərəfinə nisbətən pis hərəkət edir. O zaman güman etmək olar ki, beyində şiş və ya geniş metastaz əmələ gəlib”.

Paranoidal xəstə?

Fikrini öyrəndiyimiz kiyevli həkim psixiatr Anton Mixaylov bildirib: “”Aya bənzər sifət”in olması həqiqətən endokrin vəzilərindəki pozğunluğun təzahürüdür və bu, xüsusi piylənməyə səbəb olur ki, nəticədə üz və boyunun forması dəyişir. Hipofiz vəzisindəki və ya böyrəküstü vəzilərdəki şiş bu cür dəyişikliklərə gətirib çıxar bilər. Lakin bir psixiator və Ukrayna vətəndaşı kimi məni daha çox onun psixi vəziyyəti narahat edir. Putinin hərəkətlərindəki qəribəliklər Ukrayna ilə müharibədən öncə üzə çıxmağa başlamışdı. Onun xarici liderlərlə uzun və böyük masa arxasında danışıqlar aparması, qadın pilotlar və styuardessalarla görüşün quraşdırılmış video səhnəsi xəstəliyin əlamətlərindən xəbər verir. Putinin “rus dünyası” və “Rusiya ərazilərinin bərpası” yolunda bütün Avropanın zəbt edilməsi, xalqların və dövlətlərin məhv olunması hesabına ”qardaş xalqların birləşdirilməsi” kimi ideyalar diaqnoz qoymaq üçün vacibdir.

Kəmsavad Rusiya məmurları və diplomatik korpusun nümayəndələri psixi xəstənin ideyası arxasınca gedərək, onun sözlərini və dünya arenasındakı qeyri-adekvat davranışlarını təkrarlaryırlar. Perspektivdə bu cür xəstə ideyalar və sayıqlamalar getdikcə daha geniş miqyas alacaq. Biz bunu artıq onun Rusiya ordusunun gücünü düzgün dəyərləndirə bilməməsində və faktiki dünya müharibəsinə girişmək niyyətində olması ilə müşahidə edirik”.

Diktator ölübmü?

Bəzi Qərb KİV-ləri Putinin diaqnozu barədə adi müzakirələrdən aralanaraq, daha uzaqlara gediblər. Britaniyanın “Mirror” tabloidi “Mİ-6” kəşfiyyat xidmətindəki mənbəyə istinadla yazıb ki, Rusiya prezidenti artıq ölüb, yerinə onun oxşarını göstərirlər. Onun ciddi xəstəliyi barəsində gəzən söhbətlər fonunda “Mirror”un “Mİ-6”-dakı həmsöbhəti 9 may paradında Putinin oxşarının çıxış etdiyini istisna etməyib. Amma uzun müddət “dublikat” arxasında gizlənmək texniki baxımdan mürəkkəbdir...Xüsusi xidmət orqanlarının fəaliyyəti məsələləri üzrə ekspert İvan Stupak vəziyyəti belə şərh edib: ”Əgər Putin doğrudan da ölübsə, o zaman Amerika və Britaniya kəşfiyyatı Kreml ətrafındakı hərəkətlənmənin kəskin artmasını bilərdilər. Heç kim gedib Putinin oxşarının yanında oturmaz. Kremlin bütün nüfuzlu qrupları hakimiyyətin gələcək bölgüsündən daha çox pay qoparmaq uğrunda aktiv fəaliyyətə başlayardı. Ölmüş prezidentin yerinə onun oxşarının istifadə edilməsi cəmi iki -üç gün işə yarayardı. Ancaq sonradan artıq Putinin yoxluğu tam bəlli olardı”.

Hələ ki, Putinin ölümü ilə bağlı xəbərlər daha çox “arzuların həqiqət kimi təqdim olunması”na bənzəyir. Hətta əgər Putində doğrudan da onkoloji, sinir və ya qan-damar problemi varsa, o, bu vəziyyətdə hələ bir neçə il hakimiyyətdə qala bilər.

Vladimir Fesenko bildirib: ”Ukrayna hərbi kəşfiyyatı da Putinin xəstə olmasını təsdiqləyir, amma onun bu gün-sabah öləcəyini gözləməyə dəyməz. Başa düşmək lazımdır ki, Putinin xəstəliyi müharibə problemini öz-özünə həll etmir. Onu Qərb müttəfiqləri ilə əməkdaşlıq edərək, biz həll etməliyik”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yemək yeyərkən telefondan istifadə edənlərə bəd xəbər
Bu insanlar yata bilmirlər
Bakıda ərini öldürən qadın 4 uşaq anası imiş - hadisə yerindən VİDEO

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rektorun qızına qarşı dələduzluq: Qızıllarını aldılar