Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70793
az

Formula 1 ilə bağlı Bakıya gələn turistlərin sayı açıqlanıb

15:4214 İyun, 2022
134
CƏMİYYƏT
  • A
 
Bu il Bakıya rekord sayda beynəlxalq tamaşaçı gəlib. Təkcə Formula 1 ilə bağlı Bakıya 10 mindən çox turist səfər edib. Buraya həm azarkeşlər, həm komandaların özləri, həm də yarışın bütün işçiləri daxildir.
 
Bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov deyib.
 
A.Rəhimov bildirib ki, ötən illərdə Rusiyadan Azərbaycana çoxlu sayda turist gəlirdi və çətinliklər üzündən bu il ordan gələn turistlərin sayı azalsa da, Böyük Britaniya, ABŞ, Türkiyə, Skandinaviya ölkələri və.s kimi digər ölkələrdən turist axını artıb.
A.Rəhimov həmçinin bu il bilet satışından çox razı qaldıqlarını diqqətə çatdırıb. "Biz xüsusən də böyük konsertlər təşkil edilmədiyi üçün yarışa daha az tamaşaçı gələr deyə narahat idik. Lakin iştirakçıların sayı bizə onu göstərir ki, ölkəmizdə avtoidmana maraq artıq formalaşıb. İnsanlar artıq bilavasitə yarışı izləmək üçün bilet alırlar və artıq onları cəlb etmək üçün konsertlər təşkil etmək məcburiyyəti yoxdur", - deyə A.Rəhimov əlavə edib.
 
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyunda keçirilib. Bakı trekinin uzunluğu 6 kilometr olub. Yarışlarda 10 komanda iştirak edib. Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb. Formula 1 Azərbaycan Qran Prisinin qalibi "Red Bull Racing" komandasının niderlandlı pilotu Maks Ferstappen olub.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Instagram”a əsaslı yenilik gəlir
Bu gündən tibbi arayışlar elektron formada veriləcək
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO