Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70780
az

Azərbaycanda avtomobillərin qiyməti artıb - Ekspert

22:5213 İyun, 2022
138
CƏMİYYƏT
  • A

Azərbaycanda il başlayandan bu günə qədər avtomobillərin qiyməti 2-5% qiymət artıb.

Bu barədə Trend-ə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, ötən ay həm yeni, həm də köhnə avtomobillərin satışı artıb:
"Hər il yaya doğru avtomobillərə tələbat artır. Bu səbəbdən avtomobillərin qiyməti qalxır. Vətəndaşlar əvvəlki illərlə müqayisədə yeni avtomobil almağa üstünlük verirlər".
 

Ekspert bildirib ki, yeni avtomobil bazarında aktivlik təkrar avtomobil bazarından daha çoxdur.

"Ötən ay birinci əl avtomobil bazarında alıcılar "krossover" və mini "krossover"lərə üstünlük verib. Təkrar avtomobil bazarında isə əsas tələb mühərrik həcmi 1 500 kubsantimetrdən 2 500 kubsantimetrə qədər olan "sedan" və "heçbek"lərə olub. Yeni avtomobil bazarında isə əsas üstünlük hibrid avtomobillərə verilib. Bunlar mühərrik həcmi 2 500 kubsantimetr olan "krossover"lərdir.

E.Cəfərovun sözlərinə görə, bu ayın sonunda bazarda qiymətlərin bir qədər artacağı gözlənilir: "Hər rübün sonunda avtomobil istehsalçıları tərəfindən yeni avtomobillərin qiyməti 2-5 % artırılır. Məsələn, yanvar-mart ayları ərzində qiymətlərdə 2-5 % civarında artım var idisə, ikinci rübün sonuna doğru da qiymətlərin bu həddə yüksələcəyi gözlənilir. Bu, bizim daxili bazarla deyil, istehsalçı şirkətlərlə əlaqədardır. Qiymət artımının əsas səbəbi avtomobillərin ehtiyat hissələrinin və logistika qiymətlərinin artmasıdır. Ümumi götürsək, yay ayında avtomobillərin qiymətitn artması gözlənilmir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər hər gün yumurta yeməlidir
İlk görüşdən sonra əlaqəni necə davam etdirmək olar?
Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı