Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda yüksək vəzifə daşıyan Rusiya vətəndaşı ölkədən çıxarılır - DETALLAR

Bakıda yüksək vəzifə daşıyan Rusiya vətəndaşı ölkədən çıxarılır - DETALLAR

CƏMİYYƏT

355

11.06.2022, 18:13

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dövlət Miqrasiya Xidməti Rusiya vətəndaşı Vadim Dronov və onun ailə üzvlərinə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina edib.

Oxu24.com yeniavaz.com-a istinadla xəbər verir ki, Vadim Dronov 3 ildən artıqdır ölkənin aparıcı otellərindən biri olan “Fairmont Baku” (“Alov Qüllələri”) otelinin direktoru vəzifəsində çalır.

Məlumat üçün onu da qeyd edək ki, dünən Dövlət Miqrasiya Xidməti açıqlama verərək Rusiyanın “Sputnik” xəbər agentliyinin Azərbaycandakı nümayəndəliyinin baş redaktoru Belarus vətəndaşı Antonava Tryzno Veranikaya və onun həyat yoldaşı Pavel Antonova Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina edildiyini bildirib.