Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70677
az

40 gündə 5 oğlunu şəhid verən ananın dilənməsi ilə bağlı DETALLAR – Rəsmi AÇIQLAMA

21:3010 İyun, 2022
194
CƏMİYYƏT
  • A

Sosial şəbəkərlədə 5 oğlunu şəhid verən ananın dilənməsi ilə bağlı videogörüntü yayılıb. Görüntüdə şəhid oğlanlarının - Mehdi Xankişi oğlu Bayramov, Asim Xankişi oğlu Bayramov, Aslan Xankişi oğlu Bayramov, Arif Xankişi oğlu Bayramov və Akif Xankişi oğlu Bayramovun adını çəkən Sultan İlyasova aldığı aylıq 110 manatla dolana bilmədiyi üçün dilənçilik etdiyini qeyd edir.

Şəhid anasının ürəkdağlayan görüntüsü və şəhid balaları ilə bağlı fəryadı sosial şəbəkə istifadəçilərinin duyğularını alt-üst edib. Kövrək qəlbləri riqqətə gətirən bu görüntülərə reaksiyalar birmənalı olmayıb.

Maraqlıdır, 5 oğlunu şəhid verdiyi iddia olunan anaya sosial təminat təyin olunubmu?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayılan görüntüləri araşdırıb. Bizim.Media-ya bu barədə açıqlama verən qurumun mətbuat katibi Fazil Talıblı videogörüntünün 4 il əvvələ aid olduğunu bildirib:

“Bu videoda danışan Sultan Bəylər qızı İlyasova 14 mart 2018-ci ildə rəhmətə gedib. Görüntülər də ən azı 4 il öncəyə aiddir. Onun şəhid anası olub-olmadığını araşdırırıq”, - deyə qurum rəsmisi qeyd edib.

Bizim.Media məsələ ilə bağlı araşdırma aparıb.

Sultan Bəylər qızı İlyasova 1938-ci ildə Kəlbəcərin Zar kəndində anadan olub. Atası əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundandır. Ana 40 günə 5 oğul şəhid verib. Oğlunun birinin nəşi tapılmayıb.

Sözügedən video 2017-ci ilə aiddir. Sədəqə qəbul etməsinə səbəb nəvəsinin onkoloji xəstəliyi olması ilə bağlı olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Toyda qəribə ADƏT - VİDEO
Məşhur bankın rəhbərinə AĞIR İTKİ
Musiqi yaşlı insanların beyninə necə təsir edir?

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı