Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada ikiarvadlı azərbaycanlıların nikahı LƏĞV EDİLDİ - QALMAQAL

Rusiyada ikiarvadlı azərbaycanlıların nikahı LƏĞV EDİLDİ - QALMAQAL

CƏMİYYƏT

353

09.06.2022, 20:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rusiyada 2 Azərbaycan vətəndaşının yerli xanımlarla nikahı məcburi qaydada ləğv edilib.

Hadisə Yamal-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində qeydə alınıb.

Belə ki, ötən ilin yazında Azərbaycan vətəndaşları Noyabrskda yerli sakinlərlə nikaha girib.

Araşdırma zamanı soydaşlarımızın Azərbaycanda da evli olduqları üzə çıxıb. Nəticədə hər iki vətəndaşın nikahı qanunsuz elan olunub.

Bundan başqa, həmin Azərbaycan vətəndaşlarının Rusiyada müvəqqəti yaşamaq və işləmək icazəsi də ləğv olunub.