Seyidov niyə indi yola salındı? - Mühüm DETAL
27 Oktyabr 2026, 14:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
276
08.06.2022, 19:48
I, II, III və IV ixtisas qrupları üzrə yay qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlanır.
Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdində 4-17 mart və ya 6-25 aprel tarixlərində I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təqdim etmiş abituriyentlər iştirak edə bilərlər.
II və III ixtisas qrupu üzrə imtahanda iştirak etmək istəyənlər 20 iyun saat 23:59-dək, I və IV ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə 4 iyul saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link (//eservices.dim.gov.az/erizebak/cehd2/) vasitəsilə imtahana yazıla bilərlər. Aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir.
12 iyun tarixində keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanına yazılan şəxslərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər Azərbaycan dili imtahanından qeyri-məqbul qiymət aldıqları təqdirdə yay imtahanına buraxılmayacaq.
Xatırladaq ki, yay qəbul imtahanları III ixtisas qrupu üzrə 6 iyul, II ixtisas qrupu üzrə 7 iyul, I və IV ixtisas qrupları üzrə isə 20-21 iyul tarixlərində keçiriləcək.
14:46 / 27 Oktyabr 2026
1
14:33 / 27 Oktyabr 2026
76
14:29 / 27 Oktyabr 2026
68
14:25 / 27 Oktyabr 2026
53
14:21 / 27 Oktyabr 2026
49
14:15 / 27 Oktyabr 2026
67
14:07 / 27 Oktyabr 2026
67
13:50 / 27 Oktyabr 2026
294
13:45 / 27 Oktyabr 2026
66
13:42 / 27 Oktyabr 2026
69
13:29 / 27 Oktyabr 2026
581
13:25 / 27 Oktyabr 2026
89
13:15 / 27 Oktyabr 2026
667
13:08 / 27 Oktyabr 2026
211
12:56 / 27 Oktyabr 2026
93
12:49 / 27 Oktyabr 2026
177
12:47 / 27 Oktyabr 2026
83
12:45 / 27 Oktyabr 2026
95
12:43 / 27 Oktyabr 2026
80
12:35 / 27 Oktyabr 2026
510
12:32 / 27 Oktyabr 2026
115
12:30 / 27 Oktyabr 2026
171
12:28 / 27 Oktyabr 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.