Mirsaleh Seyidov niyə “vuruldu”? - Həbsxana qalmaqalları...
27 Oktyabr 2026, 17:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
251
06.06.2022, 19:48
"Rusiya prezidenti Vladimir Putin son müsahibələrinin birində iddia edib ki, guya, o, Ukrayna taxılının dünya bazarlarına daşınmasına mane olmur. Halbuki, taxılı ixrac etmək üçün Ukraynanın dəniz limanlarından çıxış mümkün deyil. Rusiyanın hərbi gəmiləri Ukrayna limanlarını yaxın məsafədən nəzarətdə saxlayırlar. Bu limanlardan gəmilər çıxarsa, Rusiyanın hərbi gəmiləri tərəfindən saxlanılacaq".
OXU24.COM xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dünya ölkələrinin üzləşdiyi taxıl böhranı ilə bağlı şərhində bildirib.
"Vladimir Putin Ukrayna dəniz limanlarının mühasirəsindən imtina etmək əvəzinə təklif edib ki, Ukrayna öz taxılını Belarus üzərindən ixrac etsin. Putinin ikinci təklifi isə odur ki, Ukrayna öz limanlarına yaxın əraziləri dəniz minalarından təmizləsin. Kiyev çətin ki, buna razılaşsın. Kremlə etibar yoxdur, dəniz limanlarının ətrafı minalardan təmizlənsə, Rusiyanın hərbi gəmiləri Ukraynanın liman şəhələrinə, o cümlədən Odessaya hücuma keçə bilər", - siyasi şərhçi deyib.
Ekspert xatırladıb ki, Ankara bu məsələnin həllində də vasitəçiliyini təklif edib.
"Türkiyənin Rusiya, Ukrayna və BMT rəsmiləri ilə apardığı danışıqlar nəticəsində "taxıl dəhlizi"nin işə salınması ilə bağlı yol xəritəsi hazırlanıb. Tərəflər yol xəritəsinin detallarını müzakirə etmək üçün İstanbulda toplaşacaqlar. İstanbulda koordinasiya mərkəzi yaradılacaq. Məqsəd Ukraynanın ixrac üçün nəzərdə tutulan 20 milyon ton taxılının dünya bazarlarına çatdırılmasıdır".
E.Şahinoğlunun sözlərinə görə, bu arada beynəlxalq təşkilatlar Dehliyə müraciət edərək, Hindistanın da taxıl ixracatına başlamasını istəyiblər:
"Misir Hindistana müraciət edərək bu ölkədən 500 min ton taxılın idxalına çalışır. Misir taxıl əvəzinə Hindistana sənaye məhsulları göndərməyə hazırdır. Misir dünyanən ən böyük taxıl alıcılarındandır. Misir hər il müxtəlif ölkələrdən 11-13 milyon ton taxıl idxal edir. Əsas idxalçıları da Rusiya, Ukrayna və Hindistandır. Birinci ikisiylə problemlər olduğundan Misir Hindistandan daha çox taxıl almağa ümidlidir.
Dehli taxıl ixracıyla bağlı hələ qərar verməyib. Hindistan hökuməti taxıl ixracatını quraqlıqla əlaqələndirib. Dehli 1 milyard 300 milyonluq əhalisini taxılla təmin etmək üçün birinci növbədə yerli ehtiyacları ödəməlidir. Halbuki, Hindistan bu il üçün ən azı 23 ölkəyə taxıl ixracı planlaşdırırdı".
17:50 / 27 Oktyabr 2026
1
17:33 / 27 Oktyabr 2026
283
17:29 / 27 Oktyabr 2026
42
17:27 / 27 Oktyabr 2026
63
17:19 / 27 Oktyabr 2026
70
17:16 / 27 Oktyabr 2026
50
17:13 / 27 Oktyabr 2026
66
17:02 / 27 Oktyabr 2026
103
16:56 / 27 Oktyabr 2026
70
16:51 / 27 Oktyabr 2026
81
16:49 / 27 Oktyabr 2026
128
16:39 / 27 Oktyabr 2026
153
16:25 / 27 Oktyabr 2026
411
16:12 / 27 Oktyabr 2026
145
16:09 / 27 Oktyabr 2026
105
16:06 / 27 Oktyabr 2026
114
16:04 / 27 Oktyabr 2026
69
15:57 / 27 Oktyabr 2026
382
15:43 / 27 Oktyabr 2026
674
15:41 / 27 Oktyabr 2026
85
15:29 / 27 Oktyabr 2026
145
15:27 / 27 Oktyabr 2026
82
15:24 / 27 Oktyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.