Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70428
az

Sahilyanı təmizlik aksiyası keçirilib - FOTO

21:1004 İyun, 2022
128
CƏMİYYƏT
  • A

Çimərlik mövsümünün açılışı ilə əlaqədar, iyunun 4-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Gənclər Fondu, "Təmiz Şəhər" ASC və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə növbəti ənənəvi sahilyanı təmizlik aksiyası təşkil edilib.

IDEA-dan verilən məlumata görə, 5 iyun - Ümumdünya Ətraf Mühit Günü və BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş aksiyaya 200 nəfərə yaxın könüllü olaraq qoşulub.

Şüvəlan çimərliyində keçirilən təmizlik aksiyasının əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

"Sahillər təmiz qalsın" şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində gənclərin kütləvi iştirakı ilə baş tutan sayca 17-ci aksiyadır. Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çimərlikdən 1 tona qədər tullantı toplayıb və çeşidləyiblər. Daha sonra gənclər təmizlənmiş ərazidə musiqi sədaları altında əylənib, futbol, voleybol, badminton və digər oyunlarda özlərini sınayıblar.

Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika cəlb olunub və bütün tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.


IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir. Bununla yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və yüzlərlə könüllülərin iştirakı ilə baxımsız sahilyanı ərazilər tullantılardan təmizlənmiş və abadlaşdırılmış, paytaxtımızın Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində pulsuz ictimai çimərliklər yaradılmışdır. Sahil zonalarında insanların xoş asudə vaxtının keçirilməsi üçün lazımi şəraitin təmin edilməsi ilə yanaşı, təmizlik, təhlükəsizlik və rahatlığına görə nümunəvi olan ictimai çimərliklərin yaradılması cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.

Bu il Ümumdünya Ətraf Mühit Gününün "Yeganə planet" şüarı altında keçirilir. Bu xüsusda, IDEA İctimai Birliyi bir daha hər kəsi indiki və gələcək nəsillərin rifahı naminə birləşməyə və təbiətin bizə bəxş etdiyi nemətlərə həssas yanaşmağa çağırır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi - FOTO