Qaynar xətt:

(+99450) 247 90 86

40 dərəcə isti olacaq - XƏBƏRDARLIQ

40 dərəcə isti olacaq - XƏBƏRDARLIQ

CƏMİYYƏT

319

04.06.2022, 14:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabaha olan hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. 

Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti, Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.

 
Azərbaycanın rayonlarında əksər yerlərdə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.