Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70405
az

SON DƏQİQƏ! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vacib açıqlama yaydı

13:3804 İyun, 2022
1741
CƏMİYYƏT
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyində şəhid ailələri, müharibə əlilləri və veteranları ilə bağlı QHT rəhbərləri, vətəndaş cəmiyyəti institutları nümayəndələri ilə görüş olub.

Nazirlikdən Oxu24.com-a verilən məlumata görə, görüş Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi sahəsində görülən işlərin ictimai müzakirəsinə həsr olunub.

Müzakirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Qarabağ qaziləri” İB-nin sədri Asəf Əliyev, həmin İB-nin üzvü Rey Kərimoğlu, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, “Zəfər” Şəhid Ailələrinə Yardım İB-nin sədri Sevinc Orucova, "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İB-nin sədri Mirhəsən Həsənov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli iştirak ediblər.

Agentliyin sədri Anar Bayramov 44 günlük Vətən müharibəsində yaralanmış və müalicə kursunu bitirmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işləri barədə məlumat verib.

Aidiyyəti qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri görülməklə, yekun olaraq Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirmənin aparıldığı qeyd olunub. Ötən dövrdə həmin hərbçilərdən 3 minədək şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və sosial ödənişlər təyin edildiyi bildirilib.

Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir qaziyə müvafiq əlillik dərəcəsi təyin olunduğu vurğulanıb.

Görüşdə qazilərin əlilliyinin qiymətləndirilməsi prosesində vətəndaş məmnunluğunun daha da yüksəldilməsi üçün təkliflər irəli sürülüb.

Qabaqcıl dünya təcrübəsinə əsasən hazırlanaraq təsdiq edilmiş yeni meyarlardan da bəhs olunub.

Əilliyin artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, gələn ayın əvvəlindən yeni meyarlara uyğun olaraq, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında aparılacağı qeyd edilib. Bu meyarların əlilliyin qiymətləndirilməsində daha əhatəli yanaşmaya imkan verəcəyi bildirilib.

Vətəndaş cəmiyyəti institutları ilə regionlarda da olmaqla belə görüşlərin, müzakirələrin, maarifləndirici tədbirlərin ardıcıl təşkil edilməsi qərara alınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi