Pul çatışmazlığını tezliklə unudacaq BÜRCLƏR
27 Oktyabr 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
634
04.06.2022, 10:48
İyunun 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak edib. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.
Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları çatdırıb.
Müşavirədə ötən ay ərzində qoşun növlərinin fəaliyyəti qiymətləndirilib, döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyət, müdafiə sistemi və onun hərtərəfli təminatı məsələləri diqqətə çatdırılıb, qoşunların döyüş qabiliyyətinin daha da artırılması, eləcə də qarşılıqlı əlaqənin təkmilləşdirilməsi məqsədilə komandir-rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyulub.
Müşavirədə real döyüş şəraitinə uyğun keçirilən təlim və praktiki məşqlərin intensivliyinin və keyfiyyətinin artırılmasının vacibliyi xüsusi qeyd edilib.
General-polkovnik Z.Həsənov döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması, bölmələrimizə qarşı mümkün təxribatlara dərhal adekvat cavab tədbirlərinin görülməsi ilə bağlı konkret tapşırıqlar verib.
Müdafiə naziri müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi heyətin xidməti təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məsələlərinin diqqət mərkəzində saxlanılması ilə bağlı göstəriş verib.
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə yaradılan Milli Müdafiə Universitetinin fəaliyyəti müsbət qiymətləndirilib.
Müdafiə naziri Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhid və qazilərimizin ailələrinin hər zaman olduğu kimi 26 iyun -Silahlı Qüvvələr Günü ərəfəsində də diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.
Azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsi, həmçinin hərbi infrastrukturun təkmilləşdirilməsi və təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
SON DƏQİQƏ! Fərhad Əliyev vəfat etdi
Azərbaycanda tükürpədici hadisə: Evli kişi elçi düşdüyü 19 yaşlı qızla bərabər maşında yandırıldı
23:47 / 27 Oktyabr 2026
7
23:45 / 27 Oktyabr 2026
28
23:34 / 27 Oktyabr 2026
47
23:19 / 27 Oktyabr 2026
64
23:04 / 27 Oktyabr 2026
127
22:48 / 27 Oktyabr 2026
72
22:46 / 27 Oktyabr 2026
77
22:44 / 27 Oktyabr 2026
71
22:41 / 27 Oktyabr 2026
75
22:39 / 27 Oktyabr 2026
186
22:37 / 27 Oktyabr 2026
75
22:24 / 27 Oktyabr 2026
88
22:21 / 27 Oktyabr 2026
76
22:03 / 27 Oktyabr 2026
311
21:55 / 27 Oktyabr 2026
75
21:46 / 27 Oktyabr 2026
76
21:33 / 27 Oktyabr 2026
636
21:14 / 27 Oktyabr 2026
445
21:09 / 27 Oktyabr 2026
84
21:01 / 27 Oktyabr 2026
78
20:59 / 27 Oktyabr 2026
117
20:40 / 27 Oktyabr 2026
509
20:35 / 27 Oktyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.