İnstaqramda bu da olacaq
28 Oktyabr 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
308
01.06.2022, 21:33
Elçin Bayramlı
Düz 2 gün düşündüm- 1 iyunda uşaqların hansı problemini yazım deyə. Bir deyil, iki deyil, hansını seçəsən? Axırda bu qərara gəldim ki, ən dəhşətli mövzuya girişim- uşaq intiharlarına...
Sovet vaxtı intihar faktına, xüsusilə də uşaq intiharı faktına çox nadir hallarda rast gəlirdik. İndi isə hər həftə uşaq intiharı xəbərləri izləyirik. Son 10 ildə azyaşlıların intiharı geniş vüsət alıb. Nə baş verir? Uşaqlar niyə kəndirdə yellənir? Buna onları, kim, nə, niyə, necə məcbur edir? Çətin və dəhşətli suallardır.
Cəmiyyətlərin, dövlətlərin, quruluşların fərqi əslində, intiharların səviyyəsi ilə ölçülməlidir. Qalan bütün sosial, iqtisadi, siyasi üstünlüklərin heç bir rolu ola bilməz. Məsələn, dünyada intiharlara görə, iri kapitalist dövlətləri- Yaponiya, ABŞ və Skandinaviya ölkələrinin ilk yerləri tutması o deməkdir ki, bu ölkələrdə insan faktoru öndə deyil.
Dövlətin iqtisadi qüdrəti yüksək ola bilər, amma insanlar üçün normal, təhlükəsiz, psixoloji gərginliksiz cəmiyyət sistemi qurulmayıbsa, deməli bu dövlətdə yaşamaq təhlükəlidir. Maddi rifah da hər şey demək deyil. Başqa məsələlər var- gözlə görünməyən, əllə toxunulmayan məsələlər.
Azərbaycanda dünyanın əksər ölkələrinə baxanda daha uyğun həyat şəraiti var. Düzdür, Avropadan, Rusiyadan, Yaponiyadan, ABŞ-dan... geri qalırıq, amma hər halda bura nə Afrika ölkəsidir, nə də Yaxış Şərq. Bəs o zaman bu problemlər hardan qaynaqlanır?
İntiharlarda sosial problemlərin rolunu inkar etmək olmaz. Lakin, etiraf etməliyik ki, indiki dövrdə və bizim kimi ölkədə intiharların əsas səbəbləri arasında təkcə sosial-iqtisadi problemlər deyil, mənəvi-ruhi məsələlər daha böyük paya malikdir.
Cəmiyyətimizdə intiharlara qarşı formalaşmış stereotiplər var. Məsələn, əgər intihar edən azyaşlı və yeniyetmə qız uşağıdırsa, hamı bir qayda olaraq ona mütləq təcavüz olunduğunu düşünür. Heç kim o qızın ailəsində və ətrafında baş verənləri görmür, onun valideynlərindən zorakılıq gördüyünü, sosial və psixoloji problemlər yaşadığını gözardı edirlər.
İntiharların artmasında bioloji və genetik təzyiqləri də qeyd etməmək olmaz. Son vaxtlar uşaqların çoxuna ana südü verilmir, körpələr kimyəvi, sintetik və GMO qidalar, “Coca-cola” kimi təhlükəli içkilərlə böyüyür. Ətrafda isə, daha çox aqressiya, problem, əzab görür. Bir yandan da televiziyalar, azad internet. Təsəvvür edin, özəl kanallar elə dəhşətli amerikan multfimləri verirlər ki, uşaq bir yana qalsın, 40 yaşda adamın qorxudan, həyəcandan bağrı yarılır.
Uşaqlar ənənəvi məkanlarından məktəblərdən, yaradıcılqı mərkəzlərindən, istirahət düşərgələrindən, idman salonlarından... ayrılaraq küçələrə tərk edilib. Ən yaxşı halda dəhşətli oyunlar oynadıqları, pornoya, zorlamaya, qanlı döyüş səhnələrinə baxdıqları azad internetə buraxılıb.
Nəticəsi ortadadır- uşaqlarımız həyətlərdə yerində qaraj tikilməsi üçün ləgv edilmiş yelləncəklərdə yellənmək əvəzinə, boğazlarına keçirdikləri kəndirdə yellənirlər... Əslində, kəndirdə yellənən, və yellənməli olan bizik- cəmiyyət olaraq. Onları belə dəhşətli “əyləncəyə” sürüklədiyimiz üçün...
Uşaq intiharı uşaqların böyüklərə etirazının ən sərt və ən dəhşətli formasıdır. Bəzi uşaqların intihardan əvvəl yazıb qoyduğu məktublar isə, ən ağır təhqirdir gələcəyini qoruya bilməyən cəmiyyət üçün...
Bizə ünvanlanmış mesajın ümumi məğzi çox qısadır- Tfu sizin üzünüzə...
01:39 / 28 Oktyabr 2026
1
01:33 / 28 Oktyabr 2026
26
00:25 / 28 Oktyabr 2026
69
00:10 / 28 Oktyabr 2026
438
23:47 / 27 Oktyabr 2026
87
23:45 / 27 Oktyabr 2026
72
23:34 / 27 Oktyabr 2026
79
23:19 / 27 Oktyabr 2026
95
23:04 / 27 Oktyabr 2026
211
22:48 / 27 Oktyabr 2026
85
22:46 / 27 Oktyabr 2026
115
22:44 / 27 Oktyabr 2026
79
22:41 / 27 Oktyabr 2026
85
22:39 / 27 Oktyabr 2026
237
22:37 / 27 Oktyabr 2026
83
22:24 / 27 Oktyabr 2026
94
22:21 / 27 Oktyabr 2026
79
22:03 / 27 Oktyabr 2026
369
21:55 / 27 Oktyabr 2026
80
21:46 / 27 Oktyabr 2026
83
21:33 / 27 Oktyabr 2026
750
21:14 / 27 Oktyabr 2026
521
21:09 / 27 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.