Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Avtobusda gediş haqqı artırıldı

SON DƏQİQƏ! Avtobusda gediş haqqı artırıldı

CƏMİYYƏT

631

01.06.2022, 12:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabahdan 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli m/s - Hövsan qəsəbəsi) üzrə gediş haqqı 0,35 manat təşkil edəcək.

Bu barədə Oxu24.com-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Müntəzəm marşrut xətləri üzrə nağdsız ödənişə keçidin təmin olunması istiqamətində tədbirlər çərçivəsində 2 iyun 2022-ci il tarixindən 132 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək", - məlumatda deyilir.

Qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83 müntəzəm marşrut xəttində gediş haqqının ödənişi “BakıKart” vasitəsilə nağdsız formada həyata keçirilir.

Hazırda bu marşrut üzrə gediş haqqı 0,30 manat təşkil edir.